Mənazilül-aşiqin

Vikipediya, azad ensiklopediya
Baskervill (müzakirə | töhfələr) (→‎top: orfoqrafik düzəlişlər) tərəfindən edilmiş 05:22, 13 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Mənazilül-aşiqinSeyid Yəhya Bakuviyə aid olan bu əsər 1797 beytdən ibarətdir.

Əsərdə təsəvvüf yolunun saliklərini gözləyən çətin və uzun yolun qət edilməsi üçün lazım olan rəhbər və mənzillər açıqlanır. Həmin mənzillər 40 ədəd olub bunlardır: niyyət, inabət, tövbə, iradə, cəhd, müraqəbə, səbir, zikr və fikir, nəfsə müxalifət, riza ,müvafəkat, təslimiyyət, təvəkkül, zöhd, ibadət, vəra, ixlas, sidq, xövf, rəca ,fəna, bəqa, eynəl-yəqin, mərifət, vəlayət, şövq, məhəbbət, vəhdət, qürbət, vüsal, kəşf,hüzur, təcrid, təfrid, inbisat, təhəyyür, nəhayə, təsəvvüf, qürbətin qürbəti.

Bu əsərin Nuruosmaniyyədəki nüsxəsi “Çehel mənazilü həft iqlim” adı altında qeyd edilmişdir.

Əlyazma nüsxələri[redaktə | mənbəni redaktə et]

  • Nuruosmaniyyə,4904/2
  • İstanbul Universiteti Mərkəz Kitabxanası,FY.,954/HE.,8194
  • Süleymaniyyə,Əsəd əf.1742/1
  • Manisa Muradiyyə,2906/4
  • Bakı,B-6960/4
  • Millət,Əli Əmiri,farsca əlyazmalar,1044/1