Ekssudat (tibb)

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (→‎top: tənzimləmə) tərəfindən edilmiş 12:46, 15 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
İnsan barmağında ekssudat.

Ekssudat (lat. exudo — xaricə çıxmaq; lat. exudatum: eks- + sudo, sudatum — tərləmək deməkdir), transsudatdan fərqli olaraq, iltihabi maye ifrazatdır. Bulanıq, zülalla və hüceyrələrlə zəngin, hematogen və histogen mənşəyli maye olub iltihab yerində hasil olur.

Tərkibi[redaktə | mənbəni redaktə et]

İltihabi prosesdən asılı olaraq ekssudatın tərkibində müxtəlif qan hüceyrələri üstünlük bilər:

  • kəskin iltihabda — neytrofillər
  • xroniki iltihabda — limfositlər və monositlər,
  • allergik eksudatda isə eozinofillər.

İnfeksiyalaşmış eksudatda adətən xəstəlik törədici bakteriyalara rast gəlinir. Bu məqsədlə bakterioloji dioqnostik müayinə üçün eksudat müayinə materialı baxımından böyük əhəmiyyət kəsb edir.

Ayrıca bax[redaktə | mənbəni redaktə et]