Ekssudat (tibb)

İnsan barmağında ekssudat.

Ekssudat (lat. exudo — xaricə çıxmaq; lat. exudatum: eks- + sudo, sudatum — tərləmək deməkdir), transsudatdan fərqli olaraq, iltihabi maye ifrazatdır. Bulanıq, zülalla və hüceyrələrlə zəngin, hematogen və histogen mənşəyli maye olub iltihab yerində hasil olur.

İltihabi prosesdən asılı olaraq ekssudatın tərkibində müxtəlif qan hüceyrələri üstünlük bilər:

  • kəskin iltihabda — neytrofillər
  • xroniki iltihabda — limfositlər və monositlər,
  • allergik eksudatda isə eozinofillər.

İnfeksiyalaşmış eksudatda adətən xəstəlik törədici bakteriyalara rast gəlinir. Bu məqsədlə bakterioloji dioqnostik müayinə üçün eksudat müayinə materialı baxımından böyük əhəmiyyət kəsb edir.