M Group Production
M Group Production | |
---|---|
Növü | media şirkəti[d] |
Yaranma tarixi | 7 fevral 2003 |
Qurucusu | |
Sədr | Murad Dadaşov |
mgp.az |
M Group Production və ya qısaca MGP — Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi. Şirkət 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Ən yaddaqalan layihələrindən biri Maşın Şou olmuşdur. Şirkətin sədri Murad Dadaşovdur.
Tarixi
Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi[1] olan M Group Production 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır.[1] Şirkətin sədri Murad Dadaşovdur.[2]
Fəaliyyəti
Şirkət media, film, reklam və əyləncə sektorlarında fəaliyyət göstərir. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Şirkətin ilk layihəsi 2003-2005-ci illərdə Lider TV-də yayımlanan "Mərc şou" olmuşdur.[3] 2011-2014-cü illərdə "Bu Da Bu" satirik verilişinin istehsalçısı olmuşdur. Layihə ANS TV-də həftəlik yayımlanmışdır.
Şirkət 2005-ci ildə Kiyevdə keçirilən 50-ci Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı jurnalist heyəti ilə təmsil etmişdir.[1]
Şirkətin ən yaddaqalan və uzunmüddətli layihələrindən biri Maşın Şou olmuşdur. Layihə 2005-ci ilin oktyabr ayından yayımlanmağa başlamışdır. Layihə 2005-2011-ci illərdə 11 buraxılış Lider TV-də yayımlanmış, daha sonra 2013-cü ildə ATV-də 1 buraxılış yayımlandıqdan sonra 2015-cü ildə bir buraxılış ANS TV-də yayımlanmış, ardından təkrar 2017-2019-cu illər ərzində ATV-də 2019-cu ildəki sonuncu buraxılışına qədər 4 buraxılış yayımlamışdır. Sonuncu buraxılışını 2019-cu ilin oktyabr ayında etmişdir.
Şirkət 2016-cı ildə Niderlandın film istehsal şirkəti Endemol Shine Group(en) ilə müqavilə imzalamışdı.[4]
2017-ci ildə Bayram axşamı komediya filmini istehsal etmişdir.[5][6][7]
Şirkət reklam materiallarının istehsalında da iştirak edir.[1]
Layihələri
Layihə | Yayımlanma tarixi | Növü | Telekanal |
---|---|---|---|
Mərc şou | 2003-2005 | televiziya şousu | Lider TV |
Maşın Şou | 2005-2019 | realiti-şou | Lider TV (2005-2011) ATV (2013, 2017-2019) ANS TV (2015) |
Bu Da Bu | 2011-2014 | satirik veriliş | ANS TV |
Bayram axşamı | 2017 | sinema filmi | —
|
Mükafatları
İl | Mükafat | Layihə | Kateqoriya | Nəticə | Mənbə |
---|---|---|---|---|---|
2005 | "İntellekt" İlin layihəsi mükafatı | Maşın Şou | "Mədəniyyət" nominasiyası | Qazandı | [mənbə göstərin] |
2005 | "Qrand" Müstəqil Milli İctimai Mükafatı | Mərc şou | İlin ən yaxşı musiqili-əyləncəli verilişi | [mənbə göstərin] | |
2006 | "Qrand" Müstəqil Milli İctimai Mükafatı | Maşın Şou | İlin ən yaxşı televiziya layihəsi | [mənbə göstərin] |
İstinadlar
- ↑ 1 2 3 4 "M Group Production" 15 yaşını qeyd edir (VİDEO)
- ↑ "Murad Dadaşovun şirkəti məhkəməyə verildi". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
- ↑ Televiziya tarixində iz qoyan verilişlərimiz - VİDEO
- ↑ "Murad Dadaşov: "Televiziya tariximizdə baş tutacaq yeni partlayışa hazır olun"". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
- ↑ "Murad Dadaşov "Bayram axşamı" filminin uğurlu təqdimatını keçirib – FOTO + VİDEO". 2017-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
- ↑ ""Bayram Axşamı" filminin çəkişləri başa çatdı (FOTO)". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
- ↑ ""CinemaPlus"da "Bayram axşamı" filmin imza günü baş tutdu - Foto- Video". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
Xarici keçidlər
- mgp.az — M Group Production rəsmi saytı
- M Group Production — Facebook səhifəsi
- M Group Production — Instagram səhifəsi
- M Group Production kanalı — YouTube