Qarabağa səyahət (film, 1968)

Vikipediya saytından
Xeyal (müzakirə | töhfələr) (→‎top: orfoqrafik düzəliş) tərəfindən edilmiş 18:58, 26 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qarabağa səyahət
Janr sənədli film
Rejissor Əlibala Ələkbərov
Ssenari müəllifi Məmməd Mərdanov
Operator Əlibala Ələkbərov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1968
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1968
Texniki məlumatlar 2 hissə
532 metr
35 mm
Rəng rəngli

Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, XankəndiƏsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır.

Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır.

Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir".

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Əlibala Ələkbərov
Ssenari müəllifi: Məmməd Mərdanov
Operator: Əlibala Ələkbərov
Səs operatoru: Şamil Kərimov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.