Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır.
Qarabağa səyahət | |
---|---|
Janr | sənədli film |
Rejissor | Əlibala Ələkbərov |
Ssenari müəllifi | Məmməd Mərdanov |
Operator | Əlibala Ələkbərov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1968 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1968 |
Texniki məlumatlar |
2 hissə 532 metr 35 mm |
Rəng | rəngli |
Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır.
Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir".