Aşkın Olayım (azərb. Eşqin Olum) — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı.[1] Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi.[2]Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.[3]