Ben Bazen

Ben Bazen (azərb. Mən bəzən‎) — Türk müğənni Simgə Sağının ilk studiya albomu. DMC tərəfindən 1 iyun 2018 tarixində yayımlanmışdır. Oriental janrda olan "Miş Miş" musiqisi yüzlərlə musiqi siyahısında uzun müddət ilk yerdə qərarlaşmış və Simgə Sağının nüfuzunu artırmış, sonralar daha yavaş templi "Yankı" adlı musiqisi sərbəst buraxılmışdır. Bu iki məşhur musiqisilə birlikdə musiqi tərzi ilə bağlı məlumatlar da verməyə başlamışdır. Ozan Bayraşa ilə birlikdə dörd ildə hazırladığı albomunun istehsalını öz üzərinə götürdü və Bayraşa da daxil olmaqla Alper Narman, Ersay Üner, OnurrSezən Aksu kimi məşhurlarla çalışdı.

Ben Bazen
Simgə tərəfindən ifa olunmuş studiya albomu
Növü studiya albomu
Yayımlanma tarixi 1 iyun 2018
Yazılma tarixi 20162018
Janr Dans-pop
Müddət 55:02
Dil Türkiyə Türkcə
Leybl DMC
Prodüser Bayraşa • Simgə Sağın
Simgə albomlarının xronologiyası
"Yeni Çıktı"
(2011)
"Ben Bazen"
(2018)

Ümumiyyətlə dans-pop üslubunda olan "Ben Bazen" albomu, dip-hauz, R&B, rok, treptürkü kimi müxtəlif musiqi üslublarından da əsinlənmişdir. Albomda Simgə, sevgidən ötrü yaşadığı şəhərdən bunalan bir qadın obrazını səsləndirmişdir. Musiqi tənqidçiləri albomu bəyənmiş, musiqi müxtəlifliyini yüksək qiymətləndirmiş və uğurlu bir komanda işi ilə yaradıldığına diqqət çəkmişdir. Əsərin foto çəkilişləri Nihat Odabaşı tərəfindən və müğənninin bir əli və mikrofonu ilə gitara tutduğu örtükdə bir fotoşəkildən istifadə olunub.