Tənhalıq (mahnı)

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 21:34, 7 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
"Tənhalıq"
İfaçı İslam Rzayev
Dil Azərbaycan
Bəstəkar Şəfiqə Axundova
Sözlərin müəllifləri Ənvər Çingizoğlu

Tənhalıq — bəstəkar Şəfiqə Axundovanın şair Ənvər Çingizoğlunun sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə İslam Rzayev və başqaları ifa edib.

Mətni[redaktə | mənbəni redaktə et]

Necə vurum başa mən,
Bu sonsuz, qorxunc yolu?
Təkcə necə daşıyım
Ürəyim dərdlə dolu.

Hansı yana üz tutdum,
Hansı yana baş aldım:
Bir quyu tapmadım ki,
Ürəyimi boşaldım.

Qalıb yolayrıcında,
İtirmişəm özümü.
Kimə verim sirrimi,
Kimə deyim sözümü?

Bu vəfasız dünyada,
Vəfalı sirdaş hanı?
Ömrü başa vurmağa
Bir yaxın yoldaş hanı?

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]