Boyalı səhləb

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 00:14, 10 sentyabr 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Boyalı səhləb
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Orchis picta (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.

Azərbaycanda yayılması

Samur-Şabran oval., BQ (Quba), Kür-Araz oval., Kür düz., Lənk. dağ., Lənk. oval. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Kolluqlarda və meşə kənarında rast gəlinir.

Sinonimləri

İstinadlar

Həmçinin bax