Boyalı səhləb (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.
Boyalı səhləb | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Boyalı səhləb |
||||
Beynəlxalq elmi adı | ||||
|
Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Samur-Şabran oval., BQ (Quba), Kür-Araz oval., Kür düz., Lənk. dağ., Lənk. oval. Orta dağ qurşağına qədər.
Kolluqlarda və meşə kənarında rast gəlinir.