Elmira Məhəmmədova

Vikipediya, azad ensiklopediya
Grenzsoldat (müzakirə | töhfələr) (→‎Uğurları) tərəfindən edilmiş 14:38, 7 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Elmira Məhəmmədova
Şəxsi məlumatlar
Tam adı Elmira Məhəmmədova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (52 yaş)
Doğum yeri Mahaçqala, Rusiya SFSR
Boyu 170 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1992—1996
Məşqçisi Sahid Salahudidinov

Elmira Məhəmmədova (11 fevral 1972, Mahaçqala) — 1995–1996-cı illərdə Azərbaycanı təmsil edən qadın güləşçi.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Elmira Məhəmmədova 1995-ci ildə Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı və turnirin nəticələrinə əsasən 14 idmançı sırasında çempionatını 8-ci pillədə başa vurdu.[2]

1996-cı ildə isə Elmira Məhəmmədova Norveçin Oslo şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə Norveç nümayəndəsi İne Barli üzərində qələbə qazanaraq Avropa Çempionatının bürünc medalına sahib oldu.[3] Bununla da Elmira Məhəmmədova həm də Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.

24 yaşında idmanla vidalaşan Elmira Məhəmmədova hal-hazırda Rusiyada məşqçi olaraq çalışır. Onun yetirməsi Zamirə Rəhmanova 2011-ci il Dünya Çempionatının qalibi olub.

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1995
Dünya Çempionatı Rusiya Rusiya
8.
2
1996
Avropa Çempionatı Norveç Norveç
3.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. International Wrestling Database. "ELMIRA MAGOMEDOVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  2. International Wrestling Database. "1995 // World Championship // Seniors // Female wrestling // 65 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. International Wrestling Database. "1996 // European Championship // Seniors // Female wrestling // 61 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.