Elmira Məhəmmədova

Elmira Məhəmmədova (11 fevral 1972, Mahaçqala) — 1995–1996-cı illərdə Azərbaycanı təmsil edən qadın güləşçi.

Elmira Məhəmmədova
Şəxsi məlumatlar
Tam adı Elmira Məhəmmədova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (51 yaş)
Doğum yeri Mahaçqala, Rusiya SFSR
İdman növü Güləş
Karyera illəri 1992—1996
Məşqçisi Sahid Salahudidinov
Boyu 170 sm. (5 ft 6 in)

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmira Şarabutdinova Məhəmmədova 1972-ci il fevralın 11-də Rusiyanın Mahaçqala şəhərində anadan olub.[1] 1992-ci ildən güləşlə məşğul olur.[1] Şəxsi məşqçisi Sahid Salahudidinovdur.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Elmira Məhəmmədova 1995-ci ildə Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı və turnirin nəticələrinə əsasən 14 idmançı sırasında çempionatını 8-ci pillədə başa vurdu.[2]

1996-cı ildə isə Elmira Məhəmmədova Norveçin Oslo şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə Norveç nümayəndəsi İne Barli üzərində qələbə qazanaraq Avropa Çempionatının bürünc medalına sahib oldu.[3] Bununla da Elmira Məhəmmədova həm də Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.

24 yaşında idmanla vidalaşan Elmira Məhəmmədova hal-hazırda Rusiyada məşqçi olaraq çalışır. Onun yetirməsi Zamirə Rəhmanova 2011-ci il Dünya Çempionatının qalibi olub.

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1995
Dünya Çempionatı Rusiya Rusiya
8.
2
1996
Avropa Çempionatı Norveç Norveç
3.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 International Wrestling Database. "ELMIRA MAGOMEDOVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  2. International Wrestling Database. "1995 // World Championship // Seniors // Female wrestling // 65 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. International Wrestling Database. "1996 // European Championship // Seniors // Female wrestling // 61 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.