İzzət Bağırov

Vikipediya, azad ensiklopediya
Rashad Garashov (müzakirə | töhfələr) (Şablon+foto) tərəfindən edilmiş 08:22, 15 noyabr 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
İzzət Bağırov
Ümumi məlumatlar
Doğum tarixi (48 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor.

Həyatı

İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib.

"7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb.

Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır.

Kumiri İbrahim Tatlısəsdir.[1]

Diskoqrafiya

Studiya Albomları

Tarix Ad
2001 Ağlama, Gözlərim
2002 Gəlib Səni Tapacağam
2003 Yaşım Yolun Yarısı
2004 Tənhayam
2004 Sonraya Qalmış
2006 Səndən Ayrı
2008 Gözləyirəm
2015 Ey Dost

Yığma Albomları

Tarix Ad
2004 Seçmələr
2006 Seçmələr 2006
2008 Albom Kolleksiyası

Filmoqrafiya

  1. Yaz yuxusunun işığı (film, 1996)
  2. Yanmış körpülər (film, 2007)
  3. "Moskva-Bakı" qatarı (film, 2005)
  4. Ayrılıq imiş (film, 2008)
  5. Oyunçu (film, 2008)
  6. Ümidlər puç olanda (film, 2018)[2]

İstinadlar

  1. Şəlalə Nəriman, İzzət Bağırov: "1993-cü ildə AzTV-də məni televiziyaya buraxmadılar ki, get saqqalını qırx, gəl" Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine — Mediainfo.az, 06.12.2013
  2. "İzzətdən filmini tənqid edənlərə cavab - "Uşaq deyiləm"". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.