İzzət Bağırov

İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor.

İzzət Bağırov
Ümumi məlumatlar
Doğum tarixi (47 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Həyatı[redaktə | mənbəni redaktə et]

İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib.

"7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb.

Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır.

Kumiri İbrahim Tatlısəsdir.[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Yaz yuxusunun işığı (film, 1996)
  2. Yanmış körpülər (film, 2007)
  3. "Moskva-Bakı" qatarı (film, 2005)
  4. Ayrılıq imiş (film, 2008)
  5. Oyunçu (film, 2008)
  6. Ümidlər puç olanda (film, 2018)[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şəlalə Nəriman, İzzət Bağırov: "1993-cü ildə AzTV-də məni televiziyaya buraxmadılar ki, get saqqalını qırx, gəl" Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine — Mediainfo.az, 06.12.2013
  2. "İzzətdən filmini tənqid edənlərə cavab - "Uşaq deyiləm"". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.