Sətirlərarası boşluq

Vikipediya, azad ensiklopediya
Nemoralis (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:Mənbə kodu əlavə olundu) tərəfindən edilmiş 14:05, 22 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Sətirlərarası boşluq (en. leading /ˈlɛdɪŋ/ LED-ing) – mətnin sətirləri arasındakı punktla (POINT) göstərilən boşluq; bir sətrin oturacağından (təməl xəttindən) növbəti sətrin oturacağına kimi götürülür. Ənənəvi mətbəə təcrübəsindən yaranıb, belə ki, o zamanlar mətnin metal literlərinin arasına nazik qurğuşun (ingiliscə “lead” – “qurğuşun”) zolaq qoyulurdu. Adətən, çap olunan mətnin sətirləri arasındakı məsafə şriftin ölçüsündən bir və ya iki punkt böyük olur.

Sətirlərarası boşluqların müxtəlif variantları

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]