Sətirlərarası boşluq (en. leading /ˈlɛdɪŋ/ LED-ing) – mətnin sətirləri arasındakı punktla (POINT) göstərilən boşluq; bir sətrin oturacağından (təməl xəttindən) növbəti sətrin oturacağına kimi götürülür. Ənənəvi mətbəə təcrübəsindən yaranıb, belə ki, o zamanlar mətnin metal literlərinin arasına nazik qurğuşun (ingiliscə “lead” – “qurğuşun”) zolaq qoyulurdu. Adətən, çap olunan mətnin sətirləri arasındakı məsafə şriftin ölçüsündən bir və ya iki punkt böyük olur.