Vikipediya:Silinməyə namizəd səhifələr/Sevinc Vaqifqızı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Heç bir ensiklopedik fəaliyyəti yoxdur. Buna qalsa hər bir jurnalist üçün ayrıca məqalə yazılmalıdır. Thunder Storm (müzakirə) 11:50, 12 dekabr 2023 (UTC)[cavabla]
  •  Sürətli qalsın: necə yəni yoxdur? Xədicə İsmayıl səviyyəsində jurnalistdir. HRW kimi qurumlar ondan bəhs edib, həbsindən sonra isə daha çox beynəlxalq qurumlar onun fəaliyyətini əhatə edib. Azərbaycanda korifey müstəqil jurnalistlərdəndir. --► Hörmətlə: SolaVirum 11:54, 12 dekabr 2023 (UTC)[cavabla]
  •  Sürətli qalsın: silinmə üçün heç bir tutarlı arqumentin təqdim olunmaması sırf qərəzdən xəbər verir. Əvvəlcə onu qeyd edim məqalədə işlər hələ davam edir. Şəxs OCCRP-də çalışan azsaylı azərbaycanlı jurnalistlərdən biridir. Dəfələrlə təqiblərə məruz qalıb. Son olaraq da həbs edilib. Həbsi Amnesty International, Human Righs Watch və digər mötəbər qurumlar onun həbsi barədə bəyanat verib. Məqalənin silinməsi üçün heç bir tutarlı arqument yoxdur. Grenzsoldat 11:58, 12 dekabr 2023 (UTC)[cavabla]
  • ✔ Qalsın: Qalsın deyənlərin fikirləri daha tutarlıdır. O üzdən qalsın. — Araz Yaquboglu (müzakirə) 12:04, 12 dekabr 2023 (UTC)[cavabla]
  • ✔ Qalsın: "Hər bir jurnalist" haqqında VoA, BBC, Amnesty International, Freedom Now, HRW kimi qurumlar yazmır. Nemoralis (müzakirə) 13:34, 12 dekabr 2023 (UTC)[cavabla]
  • ✔ Qalsın: siyasi mövqeyinə görə yox VP:ŞEƏ-yə görə şərh bildiririk. Etibarlı mənbələrlə ensiklopedikliyi təsdiqlənir yuxarıda həmkarların qeyd etdiyi kimi. - Dr.Wiki54 (müzakirə) 18:10, 12 dekabr 2023 (UTC)[cavabla]
  • X Silinsin: keçən ay SNS-də xeyli sayda jurnalist məqaləsi müzakirəyə çıxarıldı və silindi. Əsas arqumentlər bu oldu ki, şəxslərin fəaliyyəti cəmiyyət həyatında önəmli rol oynamır və imzaları çox da populyar deyil. Bəs hazırda şəxsin fəaliyyəti nə ilə fərqlənir? Həbs olunması ilə? Beynəlxalq təşkilatlar da onun həbsindən yazıblar. Həbsi ətrafında geniş səs- küy onu ensiklopedik etmir. Yalnız həbs edilməsi şəxsi ensiklopedik edirmi? Əsas məsələ budur. Mənim fikrimcə məqalə keçən aylarda silinən digər jurnalist məqalələrindən fərqlənmir. Jurnalist fəaliyyəti kifayət qədər əhəmiyyətli deyil. — Tarixi Nadir (müzakirə) 08:44, 13 dekabr 2023 (UTC)[cavabla]
    En Merker, dəfələrlə deyildi ki, təkcə həbs olunması əsas götürülməyib. Burada onun həbsindən əvvəlki fəaliyyəti də beynəlxalq qurumlar tərəfindən əhatə olunurdu. Ümumiyyətlə, OCCRP nədir, bilirsiniz? --► Hörmətlə: SolaVirum 11:06, 13 dekabr 2023 (UTC)[cavabla]

Şərh Şərh: yuxarda qeyd etmişəm şəxsin populyar olması həbsi ilə bağlıdır. Jurnalist kimi imzası, keçən ay silinən jurnalistlərdən heç də populyar deyil. O ki, qaldı hansısa beynəlxalq tərəfdaşların kimdənsə, yazması, təşkilatla əməkdaşlıq edib yazıblar. Azərbaycanda onlarla qeyri hökumət təşkilatları üzvü və fəalları var ki, beynəlxalq qurumlarla əməkdaşlıq edir və onlardan yazırlar. Ümumiyyətlə bir şeyi sezirəm ki, bəzi şəxslər neytralıq prinsiplərini pozurlar. Jurnalistləri və siyasiləri iqtidar və ona müxalifət prinsiplərinə görə ayırırlar. Kimsə müxalif yazırsa o ensiklopedik, iqtidar yönümlüdür də q/e münasibət görür. Şəxsən mənim üçün keçən aylarda məqaləsi silinən jurnalistlərin, bu məqalədəki şəxs arasında heç bir fərq yoxdur. Əsas prinsip neytrallıqdır. Məqaləni yaradan şəxsin siyasi görüşləri aydındır və burada da neytralıq prinsiplərini pozur. Çünki iqtidarla bağlı demək olar hər şeyə silinsin səsi verir. Hadisə ilə bağlı belə məqalə yaradıb. Hadisənin özünün də ensiklopedik şərtlərə cavab verməsi şübhə doğurur. — Tarixi Nadir (müzakirə) 11:58, 13 dekabr 2023 (UTC)[cavabla]

  •  Sürətli qalsın: Təbii ki, qalsın. Azərbaycanda araşdırmaçı jurnalistika dedikdə ilk ağla gələn simalardandır. Həbsi onu populyarlaşdırsa belə, uzun müddətdir bu sferadadır və digər jurnalistlərlə müqayisə olunmayacaq qədər ölkədə fərqli fəaliyyəti olub. — Əhməd Qurbanov (müzakirə) 14:10, 13 dekabr 2023 (UTC)[cavabla]