Xədicə İsmayıl

Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir.

Xədicə İsmayıl
Doğum tarixi 27 may 1976(1976-05-27) (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti jurnalist, radioaparıcı[d], tərcüməçi, araşdırmaçı-müxbir[d], siyasi məhbus
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır.

Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir.

Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır.

Həbs olunması[redaktə | mənbəni redaktə et]

Xədicə İsmayıl 2014 ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

Tərcümələri[redaktə | mənbəni redaktə et]

  1. Xalid Hüseyni "Çərpələng uçuran"
  2. Səhər Delicni "Çakaranda ağacının uşaqları"

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]