Krokanlar üsyanı

Vikipediya saytından
İşçiBot (müzakirə | töhfələr) (təmir) tərəfindən edilmiş 13:02, 18 dekabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Krokanlar üsyanı (fr. Jacquerie des croquants) - Fransada dövlət vergiləri və feodal mükəlləfiyyətlərinin artırılmasına qarşı 1592-1598, 1624, 1636- 1637-ci illərdə baş vermiş kəndli üsyanlarıdır.[1] "Gəmiricilərə qarşı" harayı üsyanın başlanmasına çağırış oldu. Xalq zadəganları, iltizamçıları və məmurları "gəmiricilər" adlandırırdı. Bu üsyanlardan qorxuya düşən zadəganlar ara müharibələrini dayandırıb, kralın ətrafında sıx birləşdilər. Krokanların üsyanları kral qoşunları və zadəgan dəstələri tərəfindən yatırıldı.

  1. "Mises Daily". Mises Institute. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2015.

Məktəblinin tarix lüğəti Bakı,2011, səh.189.