Krokanlar üsyanı

Haqqında[redaktə | mənbəni redaktə et]

Krokanlar üsyanı (fr. Jacquerie des croquants) - Fransada dövlət vergiləri və feodal mükəlləfiyyətlərinin artırılmasına qarşı 1592-1598, 1624, 1636- 1637-ci illərdə baş vermiş kəndli üsyanlarıdır.[1] "Gəmiricilərə qarşı" harayı üsyanın başlanmasına çağırış oldu. Xalq zadəganları, iltizamçıları və məmurları "gəmiricilər" adlandırırdı. Bu üsyanlardan qorxuya düşən zadəganlar ara müharibələrini dayandırıb, kralın ətrafında sıx birləşdilər. Krokanların üsyanları kral qoşunları və zadəgan dəstələri tərəfindən yatırıldı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mises Daily". Mises Institute. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2015.

Mənbə[redaktə | mənbəni redaktə et]

Məktəblinin tarix lüğəti Bakı,2011, səh.189.