İtirilmiş klaster

Vikipediya, azad ensiklopediya
Redivy (müzakirə | töhfələr) (Keçid tövsiyələri funksiyası: 2 keçid əlavə edildi.) tərəfindən edilmiş 22:01, 25 dekabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

İtirilmiş klaster (en. lost cluster) – əməliyyat sistemi tərəfindən istifadədə olan kimi qeyd olunmuş, ancaq heç bir faylın yerləşmədiyi klaster (diskdə yaddaş fraqmenti). İtirilmiş klaster, adətən, xidməti əməliyyatların düzgün olmayan şəkildə bitirilməsi nəticəsində (məsələn, sistemdən “kobud” surətdə çıxılması, tətbiqi proqramın asılıb qalması və ya yarıda kəsilməsi) yaranan verilənlər “qırıqlarından” ibarət olur. İtirilmiş klasterlər istifadə olunası disk yaddaşının həcmini azaldır. Belə klasterləri aşkarlamaq və onların istifadəsiz olduğunu qeyd etmək üçün Norton Utilities paketinə daxil olan Disk Doctor, Windows əməliyyat sisteminin xidməti utilitlərindən olan SCANDISK kimi proqramlardan istifadə olunur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]