Norton Utilities

Norton Utilities 4.0
Norton Utilities 6.0

Norton Utilities – kompüteri konfiqurasiya etmək, optimallaşdırmaq və xidmət etmək üçün utilitlər toplusu. Peter Norton Computing və Symantec şirkətləri tərəfindən işlənib hazırlanıb. İlk versiyası 1982-ci ildə DOS 1.x. əməliyyat sistemi üçün buraxılıb. Bu paketə 14 utilit, o cümlədən təsadüfən silinmiş faylları bərpa etmək üçün populyar Unerase utiliti daxil idi. Üç disketdən ibarət bu paket 80 ABŞ dollarına satılırdı. 1991-ci ildə buraxılmış 6.0 versiyası DOS mühitində yerinə yetirilsə də Windows 3.x əməliyyat sistemi tərəfindən dəstəklənirdi. Sonuncu Symantec Norton Utilities 15.0 versiyası 2010-cu ilin dekabrında buraxılıb. Bu versiyaya Norton Speed Disk, Norton Disk Doctor, Norton UnErase, Registry Restore, Registry Defragmenter, Registry Cleaner, Disk Cleaner, Disk Defragmenter, Startup Manager, Service Manager, Restore Center, System Optimizer, Process Viewer və Performance Test kimi utilitlər daxildir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]