Hava seksi

Vikipediya saytından
Turkmen (müzakirə | töhfələr) (→‎Xarici keçidlər: crosswiki standartlaşdırma) tərəfindən edilmiş 10:46, 9 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Hava seksi (エアセックス, Ea sekkusu?)Yaponiyada ixtira edilmiş performans sənəti. Paltar geyinmiş kişi və ya qadın iştirakçılar xəyali, yəni olmayan partnerlə sekslə məşğul olmağa çalışırlar. Hava seksi məşğuliyyəti 2006-cı ildə sevgilisi olmayan bir qrup yapon oğlan tərəfindən ixtira edilmişdir.

Məşğuliyyət 2006-cı ildə Yaponiyanın "Weekly Playboy" jurnalı, daha sonra ingilisdilli "Mainichi Daily News" veb-saytı tərəfindən işıqlandırılmışdır.[1] 2007-ci ilin yanvarında isə YouTube-a "Hava seksi üzrə dünya çempionatı" videosu yüklənmişdir.[2] BBC Three kanalında yayımlanan "Yapanorama" sənədli serialı 2007-ci ilin martındakı bir epizodunu hava seksinə həsr etmişdir.[3]

Hava seksi məşğuliyyətinin ABŞ-da populyarlıq qazanmasından sonra ABŞ-də hava seksi üzrə müsabiqələr keçirilməyə başlanmışdır. 2008-ci ildə keçirilmiş hava seksi müsabiqəsinin qalibi Sed Lerry adlı şəxs olmuşdur.[4] 2009-cu ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində "Alamo Drafthouse" tərəfindən Hava Seksi üzrə Dünya Çempionatlarına start verilmişdir.[5]

Hava seksi məşğuliyyəti ilə məşğul olarkən müxtəlif qaydalar tətbiq oluna bilər. Çılpaqlığa icazə yoxdur, orqazm saxta olmalıdır. Performans partnersiz və ya bir cisimlə yerinə yetirilir. Qaliblər münsiflər heyəti tərəfindən seçilir.[5]

  1. Japan's air sex world champion licks himself into shape [daimi ölü keçid], Mainichi Daily News, 21 September 2006
  2. Air Sex World Championship [ölü keçid], YouTube, uploaded 2 January 2007
  3. Japanorama, 3-cü seriya, 2-ci seriya, BBC3, ilk dəfə 26 mart 2007-ci ildə yayımlanıb.
  4. "Air Sex World Championships @ The Alamo Drafthouse, Austin, TX". Yelp (ingilis). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  5. 1 2 "Air Sex World Championships in NYC: What you need to know". Time Out New York (ingilis). 2015-07-08. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]