Şamdangülü

Vikipediya, azad ensiklopediya
Мурад 97 (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:59, 16 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Şamdangülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çox vaxt mürəkkəb hibrid mənşəli növ olan zonal şamdangülündən (P.zonale) istifadə edirlər.Bu yaşıl zoğlu,yumru,qırmızı zolaqlı,sallaq yarpaqları olan iri bitkidir.Müxtəlif rəngli çiçəkləri çətir-hamaşçiçəyinə yığılmışdır.Gülçülükdə dişli yarpaqlı və ikirəngli çiçəkləri olan kraliçə şamdangülü (P.domesticum),ətirli yarpaqları olan ətirli şamdangülü (P.fragrans) və sallaq zoğlu,çəhrayı çiçəkləri olan sarmaşıqyarpaqlı şamdangülündən (P.Peltatum) geniş istifadə olunur.Çox vaxt şamdangülünü qələmlə çoxaldırlar.Bu dövrdə bitkinin çox zoğ verməsi üçün təpə tumurcuğu kəsilir.Qələmləri əkməzdən əvvəl 1-2 saat qurudulur və kölgəli yerdə əkilir.Şamdangülünü çox vaxt dibçək gülü kimi becərilir,yayda açıq sahəyə köçürürlər.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine