Çağaniyan

Vikipediya, azad ensiklopediya
Gadir (müzakirə | töhfələr) (82.215.112.247 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq İşçiBot tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 13:19, 10 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Çağaniyan (fars. چغانیانChaghāniyān) — Əl-Sağaniyan da deyilir. Orta Asiyada qədim vilayət.

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Çağan - monqol dilində ağ deməkdir. Yan isə cəm şəkilçisidir. Ərəblərin dillərində "Ç" hərfi olmadığından bu bölgəni Sağaniyan adlandırdılar.

Tarixi[redaktə | mənbəni redaktə et]

Bu vilayət Amudəryanın yuxarı yatağında yerləşirdi. Uygarlıq açısından BuxaraSəmərqənddən çox Bəlx şəhərinin təsiri altında olan bölgədə, islam fəthləri öncəsi Buddizm yayılmışdı.

Suriya, Fələstinİranı işğal edən ərəblər Mərkəzi Asiyaya doğru irəlilədilər, 644-cü ildə Xorasana daxil oldular. 651-ci ildə Mərv döyüşsüz tutuldu. Onlar Toxaristan, Soqdiana, Çağaniyan və Xarəzmə yürüş etdilər. Mavəraünnəhr hakimləri bac ödəyərək onu dağıntıdan xilas etdilər.

Çağaniyan ərəb əmiri Quteybə bin Müslüm tərəfindən alındı. XI əsrin ilk yarısında Qəznəvilər sülaləsiin, ikinci yarısında Səlcuqluların, XII əsrdə Səmərqənd xanlarının və Qurluların əlinə keçdi. Monqol istilası sırasında Cığatay xanlığının payına düşdü. Daha sonra özbəklər, bölgədə ilk yerli xalq olan sartların yerini aldılar.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Bu vilayətin dəqiq yerləşmə zonası Termezdən şimal-şərqə Surxandərya vadisinə tərəf idi. Hazırda Özbəkistanın Surxandərya vilayətinin Altınsay, Baysun, Denay, Kumqurqan, Sariasiy və Şurçin rayonlarının ərazisinə düşür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]