Qəznəvilər — Müsəlman türklərdən olan Qəznəvilər sülaləsi böyük dövlət qurub (962-1183) islamın Əfqanıstan və Hindistanda yayılmasına səbəb oldular. Bu sülalənin təsisçisi Alp Tegin və daha doğrusu, onun damadı Səbuk Tegindir. Səbuk Tegin və ya Sübuk Tegin (yəni ordu zabiti) qarluq türklərindən olub İssık-kul civarında yaşayan Cuk adında İbir Bahadurun oğludur. 12 yaşında ikən qonşuları olan Toxsi türklərinin basqınına məruz qalıb, onlara əsir olmuş və dörd il əsarətdə qalandan sonra Salman oğullarına satılmışdır. Səbuq Tegin Saman oğullarına satılandan sonra müsəlman olub orduya girmiş və samanilər ordusunda böyük rütbəyə sahib olmuşdur. Alp Tegindən sonra Səbuk Təkin Qəznəni almış və Qəznəvi sülaləsini qurmuşdur. Onun oğlu Sultan Mahmud bütün Əfqanıstan, Xorasan, İraq və Hindistanı alaraq, böyük islami türk dövlətini qurmuş və bir islam mücahidi kimi Hindistanda islamı yaymağa çalışmışdır. Sultan Mahmud eyni zamanda fars dilinə üstünlük verib, fars dilini ərəb dili yerinə rəsmi divan dili seçmiş və fars dilinin şah əsəri və ana kitabı olan "Şahnamə"nin yazılmasını Firdövsidən istəmişdir. Onun dərbarı farsca yazan şairlərin mərkəzi olmuş və o dörd yüzdən artıq şairin yaşayışını təmin etmiş və İranın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərmişdir.
Səbuk Təkin 1.(977 - 997) | |||||||||||||||||||||||||||||||||||||||||||
İsmayıl 2.(997 - 998) | Mahmud 3.(998 - 1030) | ||||||||||||||||||||||||||||||||||||||||||
Məhəmməd 4.(1030 ; 1041) | Əbdürrəşid 9.(1051 - 1053) | I Məsud 5.(1030 - 1041) | |||||||||||||||||||||||||||||||||||||||||
Məvdud 6.(1041 - 1048) | Əli Əbülhəsən 8.(1049 - 1051) | Fərruxzad Qəznəvi 11.(1053 - 1059) | İbrahim 12.(1059 - 1099) | Toğrul Bozan 10.(1053) | |||||||||||||||||||||||||||||||||||||||
II Məsud 7.(1048 - 1049 ) | III Məsud Qəznəvi 13.(1099 - 1115) | ||||||||||||||||||||||||||||||||||||||||||
Şirzad Qəznəvi 14.(1115 - 1116) | Arslanşah Qəznəvi 15.(1116 - 1117) | Bəhramşah Qəznəvi 16.(1117 - 1153) | |||||||||||||||||||||||||||||||||||||||||
Xosrovşah Qəznəvi 17.(1153 - 1160) | |||||||||||||||||||||||||||||||||||||||||||
Xosrov Malik 18.(1160 - 1187) | |||||||||||||||||||||||||||||||||||||||||||
Monarx, sülalə və ya onların nümayəndələri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |