Sücəddin Abdullayev

Vikipediya, azad ensiklopediya
Sofia (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:26, 25 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sücəddin Abdullayev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri

Abdullayev Sücəddin Mustafa oğlu (20 dekabr 1949, Nərimankənd, Gədəbəy rayonu21 oktyabr 2018, Bakı) — Azərbaycan Respublikasının keçmiş Mənzil-Kommunal Təssərrüfat naziri, ictimai-siyasi xadim.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sücəddin Abdullayev 1949-cu ilin 20 dekabr tarixində Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub.1967-ci ildə kənd məktəbini qurtardıqdan sonra M. F. Axundov adına Azərbaycan Dillər İnstitutun rus dili və ədəbiyyat fakültəsinə daxil olub.1967-ci ildən 1972-ci ilə qədər başqa -başqa yerlərdə fəhlə, tərbiyəçi vəzifələrində çalışıb.1972-ci ildə peşə məktəbində komsomol komitəsinin katibi olub.1973-cü ildə sovet ordusu sıralarında xidmət edib.1974-cü ildə texnikumda komsomol komitəsinin katibi vəzifəsində çalışıb.1975-ci ildə Lenin rayonu(indiki Sabunçu)komsomol komitəsində şöbə müdiri olub.1976-cı ildə partiya işinə keçdiyinə görə tutduğu vəzifədən azad olunub.1976–1990-cı illərdə Lenin rayonu partiya komitəsində instruktor, şöbə müdiri vəzifələrində çalışıb.1984-cü ildə Bakı Ali partiya məktəbini qırmızı diplomla başa vurub.1990–1991-ci illərdə Xətai rayonu İcra hakimiyyətində sədr müavini vəzifəsində çalışıb.1991–1992-ci illərdə icra başçısının mənzil məsələləri üzrə müavini olub.1992–1993-cü ilədək Azərbaycan Respublikası Mənzil-Kommunal Təssərrüfat naziri vəzifəsinə təyin edilib.1993–1999-cu ilədək Mənzil-Kommunal Təssərrüfatı Komitəsinin sədri vəzifəsində çalışıb.[1] 2018-ci ilin oktaybr ayının 21-ində uzun sürən xəstəlikdən sonra vəfat edib.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  2. "Arxivlənmiş surət". 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  3. http://musavat.com/news/kecmis-nazir-vefat-etdi_564715.html