Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır.[2]
Sabunçu rayonu | |
---|---|
40°25′59″ şm. e. 49°57′00″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Adil Vəliyev |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 11 noyabr 1920 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 12 |
Poçt indeksi | AZ1000 |
Digər | |
sabunchu-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır.
Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır.
Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir.
AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır.[3][4]
Etnik qrup |
13–22 aprel, 2009-cu il sa.[5] | |
---|---|---|
Sayı | % | |
cəmi | 220 496 | 100% |
azərbaycanlı | 205 807 | 93.34% |
rus | 9 987 | 4.53% |
tatar | 2 611 | 1.18% |
ukraynalı | 1 139 | 0.52% |
yəhudi | 276 | 0.13% |
digər | 676 | 0.31% |
Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Sabunçu rayonunun ərazisi 244,3 km2 , əhalinin sıxlığı 1 km2
–ə 958 nəfər təşkil edir. 2014-cü ilin yanvar ayına olan vəziyyətə əsasən Sabunçu rayonunun əhalisi 234 119 nəfər olmuşdur. Birinci yarımillik ərzində əhalinin sayı 2848 nəfər yaxud 1,1 % artmışdır. Əhalinin 117 079 nəfərini yaxud 50,1 %-ni kişilər, 117 040 nəfərini və yaxud 49,9 %-ni qadınlar təşkil edir. Yarımildə əhalinin təbii artımı 3453 nəfər və ya 1,5 %, doğulanlar 5076 nəfər və ya 2,2 %, ölənlər 1623 nəfər və ya 0,7 %, o cümlədən nigahların sayı 2532, boşanmaların sayı isə 420 olmuşdur. Əhalinin son siyahıya alınmasına əsasən rayon əhalisinin 203 430 nəfərini və ya 92,6 %-ni azərbaycanlılar, 2377 nəfər və ya 1,0 %-ni ləzgilər, 9987 nəfər və ya 4,3 %-ni ruslar, 2611 nəfər və ya 1,1 %-ni tatarlar, 1139 nəfər və ya 0,6 %-ni ukraynalılar, 276 nəfər və yaxud 0,1 %-ni yəhudilər, 676 nəfər və ya 0,3 %-ni isə digər millətlər təşkil edir. Rayonda məskunlaşan məcburi köçkünlər 20789 nəfərdir.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |