Makroassembler

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 21:51, 2 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Makroassembler (ing. macro assembler, ru. макроассемблер) — makroəvəzləməni və makrogenişlənməni yerinə yetirməyə imkan verən assembler; yəni bir neçə göstərişdən ibarət makros təyin etmək olar və sonra onun adını proqramda istifadə etməklə həmin operatorların yenidən yazılmasından qurtulmaq olar. Məsələn, swap (yerdəyişmə) adlandırılan aşağıdakı makrokomanda iki dəyişənin qiymətini bir-biri ilə əvəzləyir:

  • macrof swap,2
  • ldx %1
  • ldl %2
  • stx %2
  • sty %1
  • endm
  • swap

swap makrosunu təyin etdikdən sonra proqrama “swap a,b” tipli komanda əlavə etmək olar; translyasiya zamanı bu komanda makrosun komandalar ardıcıllığı ilə əvəzlənəcək.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.