Makroassembler

Makroassembler (ing. macro assembler, ru. макроассемблер) — makroəvəzləməni və makrogenişlənməni yerinə yetirməyə imkan verən assembler; yəni bir neçə göstərişdən ibarət makros təyin etmək olar və sonra onun adını proqramda istifadə etməklə həmin operatorların yenidən yazılmasından qurtulmaq olar. Məsələn, swap (yerdəyişmə) adlandırılan aşağıdakı makrokomanda iki dəyişənin qiymətini bir-biri ilə əvəzləyir:

  • macrof swap,2
  • ldx %1
  • ldl %2
  • stx %2
  • sty %1
  • endm
  • swap

swap makrosunu təyin etdikdən sonra proqrama “swap a,b” tipli komanda əlavə etmək olar; translyasiya zamanı bu komanda makrosun komandalar ardıcıllığı ilə əvəzlənəcək.

İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.