I Bist körpüsü
Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir.
Memarlıq quruluşu
[redaktə | mənbəni redaktə et]Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.