Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd.[1]
Bist | |
---|---|
39°08′58″ şm. e. 45°52′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır[2].
Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir. Əhalisi 467 (2000); bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. Orta məktəbi, klubu, kitabxanası, xəstəxanası, rabitə şöbəsi var.[3]
Bist kəndinin sağ və sol cinahlarından Gilan çay və Nəsirvaz çaylari axır. Tivi, Nəsirvaz, Ələhi kəndləri ilə qonşudur.
Əhalisi 514 nəfərdir.[4]