Lalə Qasımova

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:Ukraynada doğulanlar silindi) tərəfindən edilmiş 06:22, 7 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Lalə Qasımova
Qasımova Lalə Nəriman qızı
Doğum tarixi 1955
Doğum yeri
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor

Lalə Qasımova (Qasımova Lalə Nəriman qızı; 1955, Dnepr) — Tibb elmləri doktoru, professor. Nijni Novqorod Dövlət Tibb Akademiyasının psixiatriya və tibbi psixologiya kafedrasının müdiri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qasımova Lalə Nəriman qızı 1955-ci ildə Dnepropetrovskda (Ukrayna) anadan olub. 1973-cü ildə İ. P. Pavlov adına 1-ci Leninqrad Tibb İnstitutunu bitirib və təyinatla Novqorod vilayətində psixiatr işləyib. Sonra Volqoqrad Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1981-ci ildə L. Qasımova S. M. Kirov adına Qorki Tibb İnstitutunun psixiatriya kafedrasında psixiatriya üzrə aspirantura bitirib. 1986-cı ildə "Uzun sürən nevrozların kliniki dinamika və proqnozu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[1]

1987-ci ildən Qorki Tibb İnstitutunun (sonralar Nijni Novqorod Dövlət Tibb Akademiyası) psixiatriya kafedrasının assistenti, 1994-cü ildən dosenti işləyib. 1998-ci ildən Nijni Novqorod Dövlət Tibb Akademiyasının psixiatriya və tibbi psixologiya kafedrasının müdiridir.

2001-ci ildə L. Qasımova "İri sənaye mərkəzi əhalisinin psixi sağlamlığı, klinikepidemioloji və sosio-mədəni aspektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2003-cü ildə professor elmi adı alıb.

L. Qasımova Privoljsk federal dairəsində psixiatrik istiqamətlər üzrə Mərkəzi Attestasiya Komissiyasının və Nijni Novqorod Psixiatrlar və Psixiatrik Liqasının sədridir. 82 elmi əsər və tədris-metodiki tövsiyənin, o cümlədən "Şəxsiyyətin spesifik pozuntuları", "Uşaqlıq dövrünün psixopatoloji sindromları" və digər elmi əsərlərin müəllifidir.

Onun elmi rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə olunub. Elmi fəaliyyətinin əsas istiqamətləri psixi sağlamlıq, psixomatik pozuntular, defisitar pozuntular problemləridir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.