Lalə Qasımova (Qasımova Lalə Nəriman qızı; d. 1955, Dnepropetrovsk, Ukrayna SSR, SSRİ) — Tibb elmləri doktoru, professor. Nijni Novqorod Dövlət Tibb Akademiyasının psixiatriya və tibbi psixologiya kafedrasının müdiri.
Lalə Qasımova | |
---|---|
Qasımova Lalə Nəriman qızı | |
Doğum tarixi | |
Doğum yeri | Dnepropetrovsk, Ukrayna SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
Qasımova Lalə Nəriman qızı 1955-ci ildə Dnepropetrovskda (Ukrayna) anadan olub. 1973-cü ildə İ.P.Pavlov adına 1-ci Leninqrad Tibb İnstitutunu bitirib və təyinatla Novqorod vilayətində psixiatr işləyib. Sonra Volqoqrad Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1981-ci ildə L.Qasımova S.M.Kirov adına Qorki Tibb İnstitutunun psixiatriya kafedrasında psixiatriya üzrə aspirantura bitirib. 1986-cı ildə “Uzun sürən nevrozların kliniki dinamika və proqnozu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[1]
1987-ci ildən Qorki Tibb İnstitutunun (sonralar Nijni Novqorod Dövlət Tibb Akademiyası) psixiatriya kafedrasının assistenti, 1994-cü ildən dosenti işləyib. 1998-ci ildən Nijni Novqorod Dövlət Tibb Akademiyasının psixiatriya və tibbi psixologiya kafedrasının müdiridir.
2001-ci ildə L.Qasımova “İri sənaye mərkəzi əhalisinin psixi sağlamlığı, klinikepidemioloji və sosio-mədəni aspektlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2003-cü ildə professor elmi adı alıb.
L.Qasımova Privoljsk federal dairəsində psixiatrik istiqamətlər üzrə Mərkəzi Attestasiya Komissiyasının və Nijni Novqorod Psixiatrlar və Psixiatrik Liqasının sədridir. 82 elmi əsər və tədris-metodiki tövsiyənin, o cümlədən “Şəxsiyyətin spesifik pozuntuları”, “Uşaqlıq dövrünün psixopatoloji sindromları” və digər elmi əsərlərin müəllifidir.
Onun elmi rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə olunub. Elmi fəaliyyətinin əsas istiqamətləri psixi sağlamlıq, psixomatik pozuntular, defisitar pozuntular problemləridir.