Qalacıq arxı

Vikipediya saytından
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 18:46, 17 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Qalacıq arxıNaxçıvan Muxtar Respublikasının Şərur rayonunda qədim süni suvarma şəbəkəsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Oğlanqala yaşayış yerinin şm.- ndan, qalanın yaxınlığından çəkilmişdir. Başlanğıcını Arpaçaydan götürür. Yaşayış yerindən cənubda və qərbdə olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Arxın bəzi yerlərində iri qaya parçalarından hörülmüş tikinti qalıqları saxlanmışdır. Tədqiqatçıların fikrincə, Qalacıq arxı uzun müddət fəaliyyət göstərmiş, (e. ə. 2–1-ci) minilliklərdə və erkən orta əsrlərdə də öz əhəmiyyətini itirməmişdir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 244.