Qalacıq arxı

Qalacıq arxıNaxçıvan Muxtar Respublikasının Şərur rayonunda qədim süni suvarma şəbəkəsi.

Oğlanqala yaşayış yerinin şm.- ndan, qalanın yaxınlığından çəkilmişdir. Başlanğıcını Arpaçaydan götürür. Yaşayış yerindən cənubda və qərbdə olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Arxın bəzi yerlərində iri qaya parçalarından hörülmüş tikinti qalıqları saxlanmışdır. Tədqiqatçıların fikrincə, Qalacıq arxı uzun müddət fəaliyyət göstərmiş, (e. ə. 2–1-ci) minilliklərdə və erkən orta əsrlərdə də öz əhəmiyyətini itirməmişdir[1].

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 244.