Qrız körpüsü

Vikipediya saytından
Nemoralis (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 12:03, 27 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qrız körpüsü
Xəritə
41°12′47″ şm. e. 48°15′54″ ş. u.
Tikintinin başlanma tarixi 2009
Açılışı 28 noyabr 2012[1]

Qrız körpüsüAzərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü.

Körpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir.

Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib.

Göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Körpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir.

Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]