28 noyabr — Qriqorian təqvimində ilin 332-ci günü. (uzun ildə 333-cü)
Bu tarixdə ilin sonuna 33 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 15 noyabr tarixinə uyğun gəlir.[1]
- 1632 — Jan-Batist Lülli, Fransa bəstəkarı
- 1757 — Vilyam Bleyk, İngiltərə şairi
- 1772 — Lük Hovard, Böyük Britaniya kimyagəri
- 1820 — Fridrix Engels, Almaniya filosofu
- 1857 — XII Alfonso, İspaniya kralı
- 1863 — Şarl Filije, Fransa boyakarı
- 1880 — Aleksandr Blok, Rusiya şairi
- 1881 — Stefan Sveyq, Avstriya yazıçısı
- 1887 — Ernst Röm, Almaniya hərbi zabiti
- 1892 — Tərlan Əliyarbəyov, Azərbaycan general-mayoru