Rəcəb Əşhəbəliyev

Vikipediya, azad ensiklopediya
Patriot Kor (müzakirə | töhfələr) (→‎İstinadlar: kateqoriya əlavə edilməsi) tərəfindən edilmiş 09:56, 10 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Rəcəb Əşhəbəliyev
Şəxsi məlumatlar
Tam adı Rəcəb Əşhəbəliyev
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (50 yaş)
Doğum yeri
Boyu 188 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1987—2000
Məşqçisi Sadiq Hacıyev

Rəcəb Əşhəbəliyev (10 sentyabr 1973, Bakı) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Rəcəb Əşhəbəliyev 1998-ci ildə Türkiyədə baş tutan Dünya Çempionatını, həmçinin 1999-cu ildə Macarıstanda baş tutan Avropa Çempionatını dördüncü pillədə başa vurdu.[2]

Rəcəb Əşhəbəliyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. 130 Kq. turnirində çıxış edən Rəcəb Əşhəbəliyev qrup mərhələsinin birinci görüşündə Ukrayna nümayəndəsi Merab Vəliyev ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı.[3] Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Keri Koy oldu.[3] Həm Əşhəbəliyev, həm də Koy qrup mərhələsində bir dəfə qələbə qazanmaışdı və bu görüş həlledici idi.[3] Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı.[3] Ümumi nəticədə Rəcəb Əşhəbəliyev olimpiadanı doqquzuncu pillədə başa vurdu.[3]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Azərbaycan Azərbaycan
1
1999
Dünya Çempionatı Türkiyə Türkiyə
4.
2
2000
Avropa Çempionatı Macarıstan Macarıstan
4.
3
Olimpiya Oyunları Avstraliya Avstraliya
8.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "Rəcəb ƏSHƏBƏLİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. International Wrestling Database. "RAJAB ASHKHABALIYEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Super-Heavyweight / Freestyle (130 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.