Trençkot

Vikipediya saytından
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 13:40, 13 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Britaniyalı zabit I Dünya müharibəsi dövründə

Trençkot — əksər hallarda sukeçirməyən materialdan olan təkdüyməli və ya ikidüyməli plaş.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Makintoşdan çoxlu sayda funksional və dekorativ detalların olması ilə fərqlənir. 1880-ci ildə plaşların istehsalında daha bir materialdan — Tomas Berberrinin ixtira etdiyi qabardindən istifadə etməyə başladılar.

1914-cü ildə Birinci dünya müharibəsi zamanı Berberri döyüş zonalarında istifadəyə yararlı olan qabardindən plaş hazırlamaq tapşırığı alır. Tomas plaşın siluetini daha dar edir, çiyinlərə epoletlər, ciblərə düymələr, dəri kəmər əlavə edir. Qollara küləyi buraxmamaq üçün kəmərlər birləşdirilir. Sağ çiyində atışma zamanı zərbəni yumşaldan parça əlavə yerləşirdi. Yeni ixtira "tranşey palto" — trench coat adını alır və Burberry-yə populyarlıq qazandırır.