Makintoş (ing. mackintosh) — Kəmərsiz və toqqasız su keçirməyən təkdüyməli plaş.
Makintoş adı 1823-cü ildə təsadüfən sukeçirməyən parça ixtira edən şotland kimyaçı Çarlz Makintoşun soyadınan götürülüb: o, kauçuk qarışığı ərintisi ilə paltarının qolunu ləkələdi və bir müddət sonra görür ki, qolu su keçirmir. Bir il sonra Makintoş su keçirməyən plaşların istehsalı üzrə firma açır. 30 il sonra plaşlar daha nazik, yüngül olur və daha rezin iyi vermir.