Əli Hüseynov (deputat)

Vikipediya, azad ensiklopediya
Qraf (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:30, 17 aprel 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Əli Hüseynov
Əli Hüseyn oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qardabani
Vəfat tarixi
Vəfat yeri Sibir
Fəaliyyəti deputat
Atası Hüseyn

Əli Hüseynov (1876, Ağtəhlə, Tiflis quberniyası1932, Sibir) — 1918-ci ilin Tbilisi mahalının bələdiyyə seçkilərində bələdiyyə məclisinin deputatı olmuşdu.

Həyatı

1876-cı ildə Qardabani (Qarayazı) rayonun Ağtəhlə kəndində anadan olub. Əli uşaqlıq dövrünü atasının yanında - təsərrüfatçılıqda, heyvandarlıqda keçirilmişdir. Gənc yaşlarında öz tay-tuşlarından fərqlənən Əli artıq həddi-buluğa çatdıqda dövrünə görə dini anlayışı təhsili ilə yanaşı dünyəvi elmlərlə də maraqlanmış və müəyyən dərəcədə təhsilə malik olmuşdur.

Həddi buluğa catan Əli ailəsi tərəfindən onu 25 yaşında evləndirilmişdir. Əli iki qadınla: biri Qardabani rayonun Təzəkənd sakini Sultan Tanırverdi qızı ilə evlənmiş – ondan Adıgözəl, Salman, Şəmsəd, Muxtar və Havaxanım olmuşdur. Digər evləndiyi qadın - Gülsüm əhmədalı qızından: Zeynab, Sura və Turan olmuşdur. Əli artıq həddi buluğa çatdıqda onun evləndiyi iki qadından 8 uşağı: 4 oğlu və 4 qız sahibi olub.