Ağtəklə

Ağ-TəhləGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Ağtəklə
აღთაქლა
41°35′46″ şm. e. 44°59′04″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1872
Mərkəzin hündürlüyü 450 m
Əhalisi
Əhalisi
  • 1.811 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1300
Xəritəni göstər/gizlə
Ağtəklə xəritədə
Ağtəklə
Ağtəklə

Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi.

Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il

1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı.[2]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir.[3][4]

Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır. Qəsəbə sakinlərinin əksəriyyəti islam dininə etiqad edirlər. 2009-cu ildən Ağtəklədə məscid fəaliyyət göstərir.

Yaranma tarixi qeyri-müəyyəndir. Yaxılığındakı kənd qəbirstanlığında olan qəbir daşlarının yaşı min illərlə ölçülür.[mənbə göstərin] Kəndin adı böyük ehtimal qədim türk qəbiləsi Təkəli adı ilə bağlıdır.

Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Orta tempratur [°C] 6 7.7 12,9 18,2 23,4 27.5 30.8 30.8 26.0 19.8 12.9 7.5 18.7
Yağışlar (mm) 19 26 30 51 78 76 45 48 36 38 30 21 498
  1. http://www.geostat.ge/index.php?action=page&p_id=2152&lang=geo.
  2. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 142
  3. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
  4. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005