Ehtiram Əliyev

Vikipediya saytından
Sultan11 (müzakirə | töhfələr) (Yeni səhifə: {{Şəxslər |şəkil = Ehtiram Əliyev.jpg |şəkil məlumat = |şəkil miqyası = 150px |Adı = EHTIR5AM ƏLİYEV |Tam Adı = Ehtiram İsrayıl oğlu |...) tərəfindən edilmiş 17:12, 2 iyul 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
EHTIR5AM ƏLİYEV
Doğum tarixi 1 avqust 1972(1972-08-01) (51 yaş)
Doğum yeri

|}

Ehtiram Əliyev – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş cəsur döyüşçü.

Həyatı

1972-ci il 1 avqust Ucar rayonunda anadan olmuşdur. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olur. 1992-ci ildə təhsilini bitirir və orduya çağırılır. Ehtiram Əliyev 1996-cı il ordudan tərxis edildi. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işlədi. 2000-ci ildə "Təfəkkür" universitetində tələbəlik sevincini yaşayır. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışır.

Döyüşlərdə iştirakı

Onu Naxçıvana göndərirlər. Hərbi təlimlər keçən Ehtiram Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazır. Daha sonra onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərirlər. 1994-cü il 5 yanvar döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bildilər bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onuTərtər cəbhəsinə göndərdilər. Bu döyüşlər zamanı onlarla erməni qulduru məhv edildi.

Ailəsi

Ailəlidir, bir qızı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Həmçinin bax

Mənbə

Xarici keçidlər