Erməni terrorizmi

Erməni terrorizmierməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biri. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir.[1]

"Erməni terrorizmi" termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir.[2]

Erməni terrorizminin təşkilatlanması "erməni məsələsi" deyilən məsələnin yaranması ilə bağlı olmuşdur.[1]

Osmanlı İmperiyasında erməni terrorizminin inkişafında onun əsasən SuriyaLivanda, eləcə də ABŞ-də yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı.

Nemezis əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Terrorun üçüncü dalğası (1970–1980-ci illər)

[redaktə | mənbəni redaktə et]

Erməni terrorist təşkilatları

[redaktə | mənbəni redaktə et]
Təşkilatın adı Yarandığı il Qərargahı Terror fəaliyyəti
Armenakan 1885 Van, Osmanlı İmperiyası Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İranRusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.[3]
Sosial Demokrat Hnçak partiyası 1887 İrəvan, Rusiya imperiyası Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".[3]
Daşnaksütun 1890 Tiflis, Rusiya imperiyası Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış ESƏD qrupu 1980–82-ci illər ərzində Avstriya, DanimarkaPortuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.[3]
Erməni soyqırım ədalət komandosları 1972 Vyana, Avstriya 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. Təşkilatın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.[4]
Yeni erməni müqaviməti 1973 Fransa 1977-ci ildən Belçika, Fransa, İsveçrəİtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir.[5]
ASALA 1975 Beyrut, Livan Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.[3]
Erməni gizli azadlıq ordusu 1975 Dəməşq, Suriya Fələstin hərbi bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.[3]
Erməni inqilab ordusu 1979 Təşkilat 1983-cü ildə Brüsseldə Türkiyə səfirliyinin attaşesi Dursun Aksoyun qətlində, Lissabonda Türkiyə səfirliyinə hücumu və 1985-ci ildə Ottavada Türkiyə səfirliyinə hücum aktının məsuliyyətini öz üzərinə götürmüşdür.[6]
Erməni azadlıq cəbhəsi 1979 "ASALA"-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.[3]
Orli qrupu 1981 Fransa Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.[3]
İntiharçılar eskadronu 1981 Paris, Fransa 1981-ci ildə təşkilat Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.[3]
Erməni birliyi 1988 Moskva, SSRİ "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş Sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.[3]
Gənc ermənilər ittifaqı 1990 Fransa Təşkilat diplomatların oğurlanması ilə məşğul olur.[3]
9 iyun qrupu 1991 İsveçrə Təşkilat həbsdə olan erməni terrorçularının azad olunmasına çalışır.[3]
Erməni azadlıq hərəkatı 1991 Fransa Terror fəaliyyətini "ASALA" ilə sıx əlaqədə həyata keçirir.[3]
Geqaron 2001 "ASALA" tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Cənubi QafqazOrta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.[3]
Apostol 2001 Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktların keçirilməsidir.[3]
İsveçrə qrupu Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliyaYunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.[3]
Demokratik cəbhə ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi türk dövlətinin parçalanmasıdır.[3]

Terror aktlarının xronologiyası

[redaktə | mənbəni redaktə et]
Tarix Region Əməliyyat Mənbə
20 yanvar 1975 Livan Beyrut, Livan Ümumdünya kilsə şurasının mənzil qərargahının partladılması. [mənbə göstərin]
7 fevral 1975 Livan Beyrut, Livan Türkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən, bomba işə düşmüş və bir nəfər livanlı polis ağır xəsarət almışdır. ASALA terror aktına görə məsuliyyəti öz boynuna götürmüşdür. [mənbə göstərin]
20 fevral 1975 Livan Beyrut, Livan Türkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşərək, ofisin binasına ciddi ziyan vurub. [mənbə göstərin]
14 oktyabr 1975 Fransa Paris, Fransa Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir, ESƏD məsuliyyəti öz boynuna götürür, lakin sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirir. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak etmişdir. [mənbə göstərin]
22 oktyabr 1975 Avstriya Vyana, Avstriya Türkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetiriblər. [mənbə göstərin]
28 oktyabr 1978 Livan Beyrut, Livan Türkiyə səfirliyi raketlərlə atəşə tutulub. [mənbə göstərin]
1976–1979 Türkiyə Türkiyə İqtisadi və hərbi xarakterli obyektlərdə diversiyalar və obyektlərə hücumlar. [mənbə göstərin]
16 fevral 1976 Livan Beyrut, Livan Türkiyə səfirliyinin birinci katibi Oktar Sirit, ASALA terrorçusu tərəfindən qətlə yetiriblər. [mənbə göstərin]
17 may 1976 Almaniya Frankfurt, Köln, Essen, AFR Türk konsulluqlarında partlayışlar. [mənbə göstərin]
2 mart 1977 Livan Beyrut, Livan Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılıb. [mənbə göstərin]
6 iyun 1977 İsveçrə Sürix, İsveçrə Güclü partlayış nəticəsində, milliyyəti türk olan Hüseyn Bülbülə məxsus mağaza tam dağıdılıb. [mənbə göstərin]
2 iyun 1978 İspaniya Madrid, İspaniya Avtomatik silahla silahlanmış üç erməni terrorçusu, türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bunun nəticəsində səfirin həyat yoldaşı, Neqla Küneralp, maşında olan keçmiş səfir, Bəşir Balsoğlu həlak olur, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinir. [mənbə göstərin]
17 dekabr 1978 İsveçrə Cenevrə, İsveçrə Cenevrədə yerləşən türk aviaşirkətlərindən birinin ofisində, partlayıcı qurğu işə düşür, partlayış nəticəsində xəsarət alan olmasa da ofisə ciddi ziyan dəyir. [mənbə göstərin]
7 avqust 1979 Almaniya AFR, Frankfurt Türk aviaşirkətinin ofisində partlayış baş verir, partlayış nəticəsində küçədən keçən alman vətəndaşı yaralanır. [mənbə göstərin]
22 avqust 1979 İsveçrə İsveçrə, Cenevrə Türkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına qoyulmuş partlayıcı qurğu işə düşür, bunun nəticəsində küçədən keçən bir neçə isveşrəli yaralanır. [mənbə göstərin]
4 oktyabr 1979 Danimarka Danimarka, Kopenhagen Türk aviaşirkətinin ofisi yaxınlığında baş vermiş partlayış nəticəsində, ofisə ciddi ziyan dəyir, iki nəfər danimarkalı isə yaralanır. [mənbə göstərin]
12 oktyabr 1979 Niderland Niderland, Haaqa Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilir, bu qətlə qörə məsuliyyəti ASALA və ESƏD öz üzərinə götürür. [mənbə göstərin]
30 oktyabr 1979 İtaliya İtaliya, Milan Türk avia şirkəninn ofisində partlayış. [mənbə göstərin]
8 noyabr 1979 İtaliya İtaliya, Roma Partlayış nəticəsində, Türkiyə səfirliyinin binasına ciddi ziyan dəymişdir. [mənbə göstərin]
18 noyabr 1979 Fransa Fransa, Paris Parisdə üç aviaşirkətin ofisinin qarşısında partlayışlar baş verir, bunun nəticəsində Türk hava yolları, KLM və Lufthanza şirkətinin ofislərinə ciddi ziyan dəyir, iki fransız polis isə yaralanır. [mənbə göstərin]
25 noyabr 1979 İspaniya İspaniya, Madrid Britaniya hava yolları şirkətinin və amerikan aviaşirkətlərindən birinin ofisini qarşısında partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürür və bunu Roma papası II İoann Pavelə onun Türkiyəyə nəzərdə tutulan səfərdən vaz keçməsi üçün xəbərdarlıq olduğunu elan edir. [mənbə göstərin]
17 dekabr 1979 Böyük Britaniya Böyük Britaniya, London Türk aviaşirkətinin Londondakı ofisinin qarşısında partlayış baş verir, partlayış nəticəsində, binaya ciddi ziyan dəyir. [mənbə göstərin]
22 dekabr 1979 Fransa Fransa, Paris Türkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi, Elmaz Şolpan Parisin mərkəzində qətlə yetirilmişdir. Bir neçə erməni terror qrupu məsuliyyəti öz üzərinə götürmüşdür, həmçinin də ASALA. [mənbə göstərin]
22 dekabr 1979 Niderland Niderland, Amsterdam Türk hava yolları şirkətinin ofisinin qarşısında partlayış baş verir, bunun nəticəsində binaya ciddi ziyan dəyir. [mənbə göstərin]
23 dekabr 1979 İtaliya İtaliya, Roma Kilsələr şurasının qarşısında partlayış baş verir. [mənbə göstərin]
23 dekabr 1979 İtaliya İtaliya, Roma Şəhərdə Fransa və ABŞ aviaşirkətlərinin ofislərinin qarşısında üç partlayış baş verir, partlayışlar nəticəsində küçədən keçən bir çox adam yaralanır. Terror aktına görə məsuliyyəti öz boynuna götürən ASALA bunun "ermənlərə qarşı apardığı siyasətə görə Fransa hokümətinə cavab olduğunu elan edir". [mənbə göstərin]
10 yanvar 1980 İran İran, Tehran Türkiyə aviaşirkətinin bürosunun qarşısında partlayış baş verir. [mənbə göstərin]
18 fevral 1980 İtaliya İtaliya, Roma "Lüfthanza", "Svis Eyr" və "El Al" şirkətlərinin ofisləri partladılmışdır. ASALA terror aktlarına görə məsuliyyəti öz boynuna götürür və terror aktlarının səbəbini belə izah edir:
"Lüfthanza" – "türk faşizminə yardım edən alman hökumətinin cəzalandırılması məqsədi ilə"
"Svis Eyr" — "gunahsız ermənləri həbsxanaya salmaması üçün İsveçrə hökumətinə xəbərdarlıq"
"El Al" – "Sioznizmə görə"
[mənbə göstərin]
19 may 1980 Fransa Fransa, Marsel Türkiyə konsulluğuna yönəldilmiş, və konsulluğun binasını vurmaq üçün nəzərdə tutulmuş raket aşkarlanmış və zərərsizləşdirilmişdir. [mənbə göstərin]
31 iyul 1980 Yunanıstan Yunanıstan, Afina Türkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Qalib Özman ailəsi ilə birlikdə avtomobildə olarkən, terrorçuların hücumuna məruz qalmış, Qalib və onun 14 yaşlı qızı Nəslihan hadisə yerindəcə həlak olmuşlar, həyat yoldaşı Sevil və 16 yaşlı oğlu Kaan isə ağır yaralanmışlar. [mənbə göstərin]
5 avqust 1980 Fransa Fransa, Lyon İki erməni terrorçusu türk konsulluğunun binasına zorla daxil olaraq, qapıçıdan konsulun yerini deməsini tələb edirlər, sonra onlar ətrafa atəş açaraq iki nəfəri qətlə yetirirlər, bir neçə nəfər isə yaralanır. [mənbə göstərin]
26 sentyabr 1980 Fransa Fransa, Paris Erməni terrorçuları iki dəfə Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə attaşesi Selcu Baklabaşına atəş açırlar. O, sağ qalır, lakin ömürlük iflic olur. [mənbə göstərin]
3 oktyabr 1980 İsveçrə İsveçrə, Cenevrə Öz otel otaqlarında bomda hazırlayarkən iki erməni terrorçu Süzi Mesxedjan və Aleksandr Yeniqomşyan yaralanır. Onların həbsi ASALA–nın yeni qrupunun "3 oktyabr qrupunun" yaradılmasına səbəb olur. Bu qrup bütün dünyada İsveçrə təşkilatlarına hücumlar həyata keçirirdi. [mənbə göstərin]
3 oktyabr 1980 İtaliya İtaliya, Milan Türk aviaşirkətinin ofisinin qarşısında baş verən partlayış nəticəsində, iki nəfər İtaliya vətəndaşı yaralanır. [mənbə göstərin]
5 oktyabr 1980 İspaniya İspaniya, Madrid Partlayış nəticəsində "Al İtaliya" aviaşirkətinin ofisinə ciddi ziyan dəymiş 12 nəfər yaralanmışdır. [mənbə göstərin]
10 oktyabr 1980 Livan Livan, Beyrut Beyrutun qərbində İsveçrə təşkilatlarının qarşısında bir neçə partlayış baş verir, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu oz boynuna götürür, onların ardınca İngiltərədə İsveçrə təşkilatlarına qarşı oxşar terror aktları törədən digər qruplar da məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
12 oktyabr 1980 Böyük Britaniya Böyük Britaniya, London Partlayış nəticəsində Türkiyə turizm və məlumat bürosuna ciddi ziyan dəyir. [mənbə göstərin]
12 oktyabr 1980 Böyük Britaniya Böyük Britaniya, London İsveçrə ticarət mərkəzində partlayış baş verir, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu öz üzərinə götürür. [mənbə göstərin]
13 oktyabr 1980 Fransa Fransa, Paris Partlayış nəticəsində Parisdə yerləşən İsveçrə turizm bürosunun binasına ciddi ziyan dəyir. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
21 oktyabr 1980 İsveçrə İsveçrə, İnterlaken Parisdən İnterlakenə qedən qatarda partlayıcı qurğu aşkarlanmışdır, İsveçrə hüquq mühafizə orqanları qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulduğunu hesab edirlər. [mənbə göstərin]
4 noyabr 1980 İsveçrə İsveçrə, Cenevrə Partlayış nəticəsində Cenevrədə yerləşən məhkəmə binası ciddi zədələnir. İsveçrə hüquq mühafizə orqanları partlayışı ASALA – nın törətdiyini bildirir, bir müddət sonra isə "3 oktyabr" qrupundan olan terrorçular məsuliyyəti öz boynuna götürür. [mənbə göstərin]
9 noyabr 1980 Fransa Fransa, Strasburq Partlayış nəticəsində Strasburqdakı Türkiyə konsulluquna ciddi ziyan dəyir, terror aktına görə məsuliyyəti "Türk – kürd işçi partiyası" və ASALA götürür. [mənbə göstərin]
10 noyabr 1980 İtaliya İtaliya, Roma Romada yerləşən İsveçrə aviaşirkətinin ofisində, və İsveçrə turizm bürosunda baş vermiş partlayış nəticəsində, 5 nəfər yaralanmışdır, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu götürmüşdür. Sonra ASALA və "Türk – kürd işçi partiyası" da onlara qoşuldular. [mənbə göstərin]
19 noyabr 1980 İtaliya İtaliya, Roma Türkiyə səfirliyi nəznində fəaliyyət göstərən turizm bürosunun və türk aviaşirkətinin yerləşdiyi binada partlayış baş verir. [mənbə göstərin]
25 noyabr 1980 İsveçrə İsveçrə, Cenevrə Partlayış nəticəsində "İsveçrə banklarının ititifaqı"nın binasına ciddi ziyan deymişdir, bir nəfər xəsarət almışdır. Partlayışa görə məsuliyyəti "3 oktyabr" təşkilatı götürmüşdür. [mənbə göstərin]
5 dekabr 1980 Fransa Fransa, Marsel Polis İsveçrə konsullluğuna qoyulmuş partlayıcı qurğunu zərərsizləşdirir. Hüquq mühafizə orqanları partlayıcı qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulmasını ehtimal edirlər. [mənbə göstərin]
25 dekabr 1980 İsveçrə İsveçrə, Sürix Partlayış nəticəsində Kloten hava limanının radiolakasiya sisteminin idarəedici qurğusu partlayış nəticəsində sıradan çıxır, ikinci partlayıcı qurğu isə hava limanının əsas üçuş enmə zolağında aşkar olunur və zərərsizləşdirilir. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür. [mənbə göstərin]
29 dekabr 1980 İspaniya İspaniya, Madrid "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir, hadisə yerindən reportaj hazırlayan jurnalist, ikinci bombanın partlaması zamanı ağır bədən xəsarətləri alır. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür. [mənbə göstərin]
30 dekabr 1980 Livan Livan, Beyrut "Svis Kredit" şirkətinin ofisində partlayış baş verir, partlayışa görə məsuliyyəti "3 oktyebr qrupu öz üzərinə götürür. [mənbə göstərin]
14 yanvar 1981 Fransa Fransa, Paris Türkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşaviri, Əhməd Erbəylinin maşınında partlayış baş verir. Diplomat heç bir zərər çəkməsə də, ətrafdakı binalara və maşınlara ziyan dəyir. ASALA nın özünü "Aleks Yeqişemonyan qrupu" adlandıran terrorçu dəstəsi, partlayışa görə məsuliyyəti öz boynuna götürür. [mənbə göstərin]
27 yanvar 1981 İtaliya İtaliya, Milan Partlayış nəticəsində, "Svis Eyr" aviaşirkətinin bürosuna ciddi ziyan dəyir. Küçədən keçən iki nəfər İtaliya vətəndaşı yaralanır. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz boynuna götürür. [mənbə göstərin]
3 fevral 1981 ABŞ ABŞ, Los-Anceles İsveçrə konsulluğunun pilləkanları altına qizlədilmiş, partlayıcı qurğu aşkarlanaraq, zərərsizləşdirilir. "3 oktyabr" qrupu, məsuliyyəti öz boynuna götürür, və İsveçrə hokumətinin erməni terorçusu Syuzi Mesxeredjyanı sərbəst buraxmadıqca bu cür aksiyaların davam edəcəyini bildirirlər. [mənbə göstərin]
5 fevral 1981 Fransa Fransa, Paris Amerika və Fransaya məxsus iki aviaşirkətin ofisində qoyulmuş, partlayıcı qurğuların işə düşməsi nəticəsində, 1 nəfər yaralanır, ofislərə ciddi ziyan dəyir. Özünü "3 oktyabr erməni milli hərəkatı" adlandıran qrup, terror aktına görə məsuliyyəti öz boynuna götürür. [mənbə göstərin]
4 mart 1981 Fransa Fransa, Paris ASALA nın Şaan Natali adlı qrupundan olan iki nəfər erməni terrorçu, türk diplomatlarına hücüm edir.

Diplomatlar Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Roşat Moralı, səfirlikdə din məsələləri üzrə cavabdeh şəxs olan Teselli Arı, və Anadolu bankının Parisdəki nümayəndəsi, İlkay Karakoş küçədə avtomobilə əyləşərkən onlara atəş açılır. Moralı və Karakoş qaçmağa cəhd edirlər, bu məqsədlə Moralı yaxınlıqdakı kafeyə qirir lakin, kafenin sahibi onu itələyib bayıra çıxarır və burada terorçular onu güllələyir, Karakoş qizlənə bilir və sağ qalır, Teselli Arı sabahsı gün xəstəxana keçinir, terorçular hadisə yerindən qaçmağa müvəffəq olurlar.

[mənbə göstərin]
12 mart 1981 İran İran, Tehran Bir qrup erməni terrorçusu Tehrandakı Türkiyə səfirliyinə hucum edir, nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı öldürülür. Terrorçulardan iki nəfər İran polisi tərəfindən həbs olunur, və edam edilir. [mənbə göstərin]
3 aprel 1981 Danimarka Danimarka, Kopenhagen Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi, Kavit Dəmir, evinin yaxınlığında olarkən, erməni terrorçusu ona bir neçə dəfə atəş açır, lakin həkimlərin səyi nəticəsində diplomat sağ qalır. Cinayətə görə məsuliyyəti ASALA öz üzərinə götürür. [mənbə göstərin]
9 iyun 1981 İsveçrə İsveçrə, Cenevrə Cenevrədəki Türkiyə konsulluğunun katibi Mehmet Savaş Ergüz erməni terrorçusu tərəfindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilir. Milliyətcə erməni olan qatil Martin Camoqçyan polis tərəfindən həbs olunur. Qətlə qörə məsuliyyəti ASALA öz üzərinə götürür.

Camoqçyanın həbsi "9 iyun təşkilatı" adlı terrorçu dəstənin yaranmasına səbəb oldu, bu dəstənin üzvləri olan erməni terrorçular İsveçrədə və ondan kənarda yerləşən bir neçə İsveçrə şirkətinin ofislərində partlayışlar törəddi.

[mənbə göstərin]
19 iyun 1981 İran İran, Tehran "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA – nın "9 iyun təşkilatı" adlı terrorçu dəstəsi öz üzərinə götürür. [mənbə göstərin]
19 iyul 1981 İsveçrə İsveçrə, Bern Bern şəhərində İsveçrə parlamentinin binasında partlayış baş verir (zibil qabına qoyulmuş partlayıcı qurğu işə düşür). Anonim zəng partlayışı "9 iyun təşkilatı" – nın törətdiyini bildirir. [mənbə göstərin]
20 iyul 1981 İsveçrə İsveçrə, Sürix Sürix beynalxalq hava limanında yerləşən fotoavtomatın içərisinə qoyulmuş partlayıcı qurğu işə düşür. "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
21 iyul 1981 İsveçrə İsveçrə, Lozanna Lozanna univermağında qadın qeyimləri bölməsində partlayış baş verir, 20 nəfər alıcı (hamıssı qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alır. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
21 iyul 1981 İsveçrə İsveçrə, Cenevrə Cenevrə dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş partlayıcı qurğunun işə düşməssi nəticəsində 4 nəfər yaralanır. Hüquq mühafizə orqanları bu aktı "9 iyun təşkilatı" – nın törətdiyini hesab edir. [mənbə göstərin]
11 avqust 1981 Danimarka Danimarka, Kopenhagen İki partlayıcı qurğunun işə düşməsi nəticəsində "Svis eyr" aviaşirkətinin ofisinə ciddi ziyan dəyir, bir nəfər amerikalı turist yaralanır. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
20 avqust 1981 Fransa Fransa, Paris Səhər tezdən "Al İtaliya" aviaşirkətinin Paris nümayəndəliyinin qarşısında partlayış baş verir. Anonim telefon zənqi partlayışa qörə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə qötürməsini bildirir. [mənbə göstərin]
22 avqust 1981 Fransa Fransa, Paris "Olimpik Eyrlayns" (Yunanıstan) şirkətinin Paris filialının binası qarşısında partlayış baş verir. Anonim zəng partlayışa görə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə qötürməsini bildirir. [mənbə göstərin]
15 sentyabr 1981 Danimarka Danimarka, Kopenhagen Kopenhagendə Türkiyə aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində iki nəfər yaralanır. Polis ikinci partlayıcı qurğunu aşkar edib zərərsizləşdirə bilir. Terror aktına görə məsuliyyəti "altıncı erməni azadlıq ordusu" adlı terrorçu qrup öz üzərinə götürür. [mənbə göstərin]
22 sentyabr 1981 İran İran, Tehran Partlayış nəticəsində Tehrandakı İsveçrə səfirliyinin binasına ziyan dəyir. Partlayışa görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
24 sentyabr 1981 Fransa Fransa, Paris ASALA-dan olan terrorçular Parisdəki Türkiyə konsulluğuna basqıt təşkil edir (VAN əməliyyatı). [mənbə göstərin]
3 oktyabr 1981 İsveçrə İsveçrə, Cenevrə Cenevrə şəhər poçtunun və məhkəməsinin binasında partlayış baş verir. Partlayışın baş verddiyi məhkəmə binasında ASALA-dan olan bir terrorçunun məhkəmə prosesi keçirilməli idi, terrorçu qətldə təqsirləndirilirdi. Terror aktlarına görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
25 oktyabr 1981 İtaliya İtaliya, Roma Silahlı erməni terrorçusu Romadakı Türkiyə səfirliyinin ikinci katibi Gökberk Ergenekon atəş açır. Qolundan yaralanmış diplomat maşından çıxıb terrorçuya cavab atəşi açaraq terrorçunu yaralayır, yaralı vəziyyətdə olan terrorçu hadisə yerindən qaçmağa müvəffəq olur. ASALA bu akta görə məsuliyyəti öz üzərinə götürür və aksiyanın Fransada (Paris) türk konsulluğuna basqın təşkil etmiş erməni terroçuların şərəfinə təşkil olunduğunu bildirir. [mənbə göstərin]
25 oktyabr 1981 Fransa Fransa, Paris Yelisey çöllərində (Şanzelize Bulvarı) yerləşən bahalı restoranların birində partlayış baş verir. Partlayış nəticəsində restoranın işçilərindən 3 nəfər yaralanır. Terror aktına görə məsuliyyəti "September Frans" (1981-ci ilin sentyabrın 24 də Parisdəki türk konsulluğuna basqın etmiş erməni terrorçuların şərəfinə) terrorçu qrupu öz üzərinə götürür. [mənbə göstərin]
26 oktyabr 1981 Fransa Fransa, Paris Yelisey çöllərində yerləşən aptekin qarşısında park edilmiş avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşür. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür. [mənbə göstərin]
27 oktyabr 1981 Fransa Fransa, Paris Parisdə "Ruasi" beynəlxalq hava limanının avtomobil dayanacağında partlayış baş verir. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür. [mənbə göstərin]
27 oktyabr 1981 Fransa Fransa, Paris "Ruasi" beynəlxalq hava limanında eskalatorun yanında yerləşən zibil qutusuna qoyulmuş partlayıcı qurğu işə düşür, bir neçə nəfər yüngül xəsarət alır. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür. [mənbə göstərin]
3 noyabr 1981 İspaniya İspaniya, Madrid "Suis Eyr" aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində 3 nəfər yaralanır, ətrafdakı binalara ziyan dəyir. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürür. [mənbə göstərin]
5 noyabr 1981 Fransa Fransa, Paris "Qar de Lion" dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində bir nəfər yaralanır, saxlanma kameralarına ciddi ziyan dəyir. Özünü "Orli təşkilatı" adlandıram erməni terrorçu dəstəsi bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
12 noyabr 1981 Livan Livan, Beyrut Beyrutda yerləşən Fransa mədəniyyət mərkəzinin, fransız konsulun evinin və "Eyr Frans" aviaşirkətinin binasının qarşısında eyni vaxtda partlayışlar baş verir. Partlayışlar nəticəsində ölən və yaralanan olmasa da, binalara ciddi maddi ziyan dəyir. Bu partlayışlara görə "Orli təşkilatı" addlanan qrup məsuliyyəti öz üzərinə götürür. Terrorçular Fransada Orli hava limanında üzərində saxta sənədlər gəzdirən və fransız polisi tərəfindən həbs olunmuş erməninin sərbəst buraxılmasını tələb edirdilər. Terrorçuların digər tələbi, erməni terrorçusu Monte Melkonyanın azadlığa buraxılması idi. [mənbə göstərin]
14 noyabr 1981 Fransa Fransa, Paris Eyfel qülləsinin yaxınlığında partlayış baş verir, partlayış nəticəsində yaxınlığda park edilmiş avtomobil yararsız vəziyyətə düşür. "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürür və bunun Fransa hökumətinə "ilk xəbərdarlıq" olduğunu bildirir. [mənbə göstərin]
14 noyabr 1981 Fransa Fransa, Paris Sena çayında qəzintidən sonra sahilə çıxan xarici turistlərdən ibarət qrupa terrorçular bir neçə qumbara atırlar, xoşbəxtlikdən heç kim yaralanmır. Aksiyaya görə "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
15 noyabr 1981 Fransa Fransa, Paris "Orli təşkilatı" mətbuata ünvanladığı bəyanatında "Eyr Frans" avişirkətinin təyyarəsini göydə partladacağı ilə hədələyir. [mənbə göstərin]
16 noyabr 1981 Fransa Fransa, Paris "Qar de Lest" dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş bombanın partlaması nəticəssində iki nəfər yaralanır, vağzala isə maddi ziyan dəyir. Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür. [mənbə göstərin]
13 yanvar 1982 Kanada Kanada, Toronto Partlayış nəticəsində Türkiyənin Torontodakı konsulluğuna ziyan dəyir. [mənbə göstərin]
17 yanvar 1982 İsveçrə İsveçrə, Cenevrə Avtomobil dayanacağının yaxılnlığında iki partlayıcı qurğu işə düşür, "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
17 yanvar 1982 Fransa Fransa, Paris Paris bank ittifaqının ofislərinin birində partlayış baş verir, ikinci partlayıcı qurğu "Kredit Lion" bankında aşkarlanaraq zərərsizləşdirilir.

Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür.

[mənbə göstərin]
19 yanvar 1982 Fransa Fransa, Paris Konqress sarayında "Eyr Frans" aviaşirkətinin ofisində partlayış baş verir.

Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür.

[mənbə göstərin]
26 mart 1982 Livan Livan, Beyrut Beyrutun erməni məhəlləsində türk filmlərinin nümayiş olunduğu kinoteatr partladılır. Partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
8 aprel 1982 Kanada Kanada, Ottava Erməni terrorçuları Türkiyə səfirliyinin ticarət attaşesi Gəni Günqürə hücüm edib onu ağır yaralayırlar. Bu aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürür. [mənbə göstərin]
10 may 1982 İsveçrə İsveçrə, Cenevrə İki Cenevrə bankında partlayış baş verir, partlayışlar nəticəsində banklara maddi ziyan dəyir. ASALA-ya tabe olan terrorçu dəstələrdən biri partlayışlara görə məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
26 may 1982 ABŞ ABŞ, Los-Anceles Partlayış nəticəsində İsveçrə bank korporasiyasının ofisinə ziyan dəyir. Bu partlayışda Kaliforniyadan olan 4 erməni iştrak etmişdir (Viqen Çarxutyan, Qraç Qozibukyan, Straniç Qozibukyan, Qrant Şirinyan). [mənbə göstərin]
30 may 1982 ABŞ ABŞ, Los-Anceles Üç nəfər ASALA üzvü olan erməni həbs olunur, onlar "Eyr Kanada" aviaşirkətinin yük terminalının qarşısında partlayıcı qurğu quraşdırmaqda gunahlandırılırdılar. Partlayıcı qurğu Los-Anceles polisinin xüsusi dəstəsi tərəfindən zərərsizləşdirilir. [mənbə göstərin]
21 iyul 1982 Fransa Fransa, Paris Parisdəki Sent Servin meydanında yerləşən kafenin yanında partlayış baş verir, partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. Terrorçular mətbuata ünvanladıqları müraciətdə partlayışın Fransa hökumətinin vədinə əməl etməyib, türk konsulluğuna basqın etmiş 4 erməniyə siyasi sığınacaq verməməsinə görə törədildiyini bildirirdilər. [mənbə göstərin]
26 iyul 1982 Fransa Fransa, Paris Parisdəki "Pab Sent Jermen" kafesində baş vermiş partlayış nəticəsində iki qadın yaralanır. Partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
2 avqust 1982 Fransa Fransa, Paris Erməni terrorçu Pyer Qumulyan özünün hazırladığı partlayıcı qurğunun işə düşməsi nəticəsində öz mənzilində həlak olur. [mənbə göstərin]
7 avqust 1982 Türkiyə Türkiyə, Ankara Erməni terrorçuları beynəlxalq hava limanına hücum təşkil edir, tapanca və əl qumrabaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açır. Bir terrorçu hava limanının restoranında 20 nəfəri qirov qötürür, digəri isə polis tərəfindən yaxalanır. Qirovları öldürəcəyi ilə hədələyən terrorçu ilə atışma zamanı 9 nəfər həlak olur (biri ABŞ biri Almaniya vətəndaşı). Terror aktı zamanı 82 nəfər yaralanır. Terrorçu Levon Əkməkcyan hadisə yerindəcə qətlə yetirilir. Həbs olunmuş digər terrorçu Levon Ekmekcan isə məhkəmənin hökmü ilə edam cəzasına məhkum olunur. Silva Kaputikyan terrorçu Əkməkcyana "yağış yağır oğlum" şerini həsr edir. Terror aktına görə ASALA məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
8 avqust 1982 Fransa Fransa, Paris Xüsusi polis dəstəsi Parisin 17-ci royonunun telefon qovşağının yaxınlığında partlayıcı qurğunun zərərsizləşdirir. "Orli təşkilatı" partlayıcı qurğunun onlar tərəfindən yerləşdirildiyini bildirir. [mənbə göstərin]
8 avqust 1982 Bolqarıstan Bolqarıstan, Burqas Türkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkan evinin qarşısında erməni terrorçusu tərəfindən qətlə yetirilir. Qatil hadisə yerindən qaçmağa müvəffəq olur. ASALA qətlə görə məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
22 yanvar 1983 Fransa Fransa, Paris "Orli" hava limanında yerləşən Türk hava yollarının kassasının qarşısında polis 1 kiloqram çəkisində partlayıcı maddə ilə təchiz olunmuş bomba aşkar edir. [mənbə göstərin]
22 yanvar 1983 Fransa Fransa, Paris İki erməni terrorçusu Türk hava yollarının Parisdəki bürosuna əl qumbaraları atır. Partlayışlar nəticəsində heç kim xəsarət almır. Terrorçulardan biri həbs olunur. ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
28 fevral 1983 Fransa Fransa, Paris "Marmara Travel Agency"nin ofisində baş vermiş partlayış nəticəsində şirkətin əməkdaşı fransız Rone Marin həlak olur, daha 9 nəfər Fransa vətəndaşı yaralanır. Partlayışdan bir neçə dəqiqə sonra ASALA məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
31 mart 1983 Almaniya Almaniya, Frankfurt-Mayn "Tərcuman" qazetinin bürosuna zən etmiş naməlum şəxs "ermənilərə qarşı" olan yazılar dayandırılmazsa büronu partladacağı ilə hədələyir. [mənbə göstərin]
24 may 1983 Belçika Belçika, Brüssel Türk turizm şirkətinin və Türkiyə səfirliyinin mədəniyyət mərkəzinin binası qarşısında partlayışlar baş verir. Səyahət bürosunun milliyətcə italyan olan direktoru partlayış nəticəsində yaralanır. [mənbə göstərin]
16 iyun 1983 Türkiyə Türkiyə, İstambul Əl qumbaraları və avtomatik silahla silahlanmış erməni terrorçu Mkrtıç Mardaryan İstambulda "Kapalı Çarşı" ticarət mərkəzində insanlara hücüm edir, nəticədə iki tür həlak olur 21 nəfər isə yaralanır, terrorçu hadisə yerinddəcə öldürülür. [mənbə göstərin]
8 iyul 1983 Fransa Fransa, Paris Erməni terrorçuları Britaniya Şurasının (British Council) binasına basqın edirlər. Bununla onlar ASALA terrorçularının Londonda keçirilən məhkəməsinə öz etirazlarını bildirirlər. [mənbə göstərin]
14 iyul 1983 Belçika Belçika, Brüssel Türkiyə səfirliyinin attaşesi Dursun Aksoy öz maşınında qətlə yetirilir, ASALA, ESƏD və bu vaxtacan məlum olmayan "Erməni inqilab ordusu" təşkilatı bu qətlə görə məsuliyyəti öz üzərlərinə götürürlər. [mənbə göstərin]
15 iyul 1983 Fransa Fransa, Paris "Orli" hava limanında türk hava yollarının kassasının qarşısında baş vermiş partlayış nəticəsində 8 nəfər həlak olur 60 nəfər yaralanır. Orli hava limanında terror aktı. [mənbə göstərin]
15 iyul 1983 Böyük Britaniya Böyük Britaniya, London "Orli"də partlamış bombanın analoqu olan partlayıcı qurğu aşkar olunaraq zərərsizləşdirilmişdir. [mənbə göstərin]
22 iyul 1983 İran İran, Tehran Fransanın Tehrandakı səfirliyində və "Eyr Frans"ın ofisində partlayışlar baş verir. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
29 iyul 1983 İran İran, Tehran Erməni terrorçuları Fransa ssəfirliyini raketlər ilə atəşə tutacaqları barədə məlumat yayır, onların tələbi Fransada həbsdə olan 21 nəfər erməni terrorçusunun azadlığa buraxılması idi. [mənbə göstərin]
10 avqust 1983 İran İran, Tehran İçərisində partlayıcı maddə qoyulmuş maşın Fransa səfirliyinin qarşısında partladılır. [mənbə göstərin]
17 avqust 1983 İran İran, Tehran "Eyr Fransın" Tehrandakı nümayəndəsi öz maşınında avtomatik silahla atəşə tutulur. [mənbə göstərin]
25 avqust 1983 Almaniya Almaniya, Bonn Fransa səfirliyində baş vermiş partlayış nəticəsində, 2 nəfər həlak olur, 23 nəfər isə yaralanır. Partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
9 sentyabr 1983 İran İran, Tehran Fransa səfirliyinə məxsus iki avtomobil partladılır. Partlayışlar nəticəsinddə səfirliyin iki əməkdaşı yaralanır. [mənbə göstərin]
1 oktyabr 1983 Fransa Fransa, Marsel Beynəlxalq ticarət yarmarkasındda baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəyir, bir nəfər həlak olur, 26 nəfər yaralanır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
6 oktyabr 1983 İran İran, Tehran Fransa səfirliyinin avtomobili partladılır, iki nəfər fransız diplomatı yaralanır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. [mənbə göstərin]
29 oktyabr 1983 Livan Livan, Beyrut Fransa səfirliyinin qarşısında dayanmış avtomobildən çıxan bir nəfər səfirliyin pilləkanlarına əl qumbarası atır, terrorçu hadisə yerindəcə yaxalanır, əlbirləri isə qaçmağa müvəffəq olurlar. [mənbə göstərin]
8 fevral 1984 Fransa Fransa, Marsel Terrorçular "Eyr Fransın" 13.00-da Nyu-Yorka uçacaq təyyarəsinə partlayıcı qurğu quraşdırıldığını anonim zəng vasitəsilə bildirir. Lakin xüsusi yoxlama zamanı heç bir bomba aşkarlanmır. [mənbə göstərin]
28 mart 1983 İran İran, Tehran Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunur.

Həsən Servet Ötgəm Türkiyə səfirinin katibi evindən çıxarkən terrorçular ona hücum edir, diplomatı yaralayırlar. İki erməni terrorçussu baş çavuş İsmayıl Pamukçuya atəş açıb onu ağır yaralayır. Səfirliyin inzibati məsələlər üzrə ataşesi, polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verir. Polis erməni terrorçularını həb edir. Gündüz saat ikidə polis daha üç erməni terrorçusunu Türkiyə səfirliyinin qarşısında həbs edir. Suren Qriqoryan adlı erməni terrorçusu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşmasi nəticəsində həlak olur. Səfirliyin müşaviri İşıl Ünel zərər çəkmir.

[mənbə göstərin]
29 mart 1984 ABŞ ABŞ, Los-Anceles Los-Ancelesdəki türk konsulluğuna ASALA-nın imzası ilə məktub göndərilir. Məktubda türk idmançıların Olimpiadada iştrak edəcəyi təqdirdə öldürəcəkləri bildirilir. [mənbə göstərin]
8 aprel 1984 Livan Livan, Beyrut ASALA Beyrutda yaydığı bəyanatda Türkiyəyə reysləri olan bütün aviaşirkətləri xəbərdar edir ki, onların təyyarələri ASALA üçün hərbi hədəflər hesab edilir. [mənbə göstərin]
28 aprel 1984 İran İran, Tehran İşık Öndər tərəfindən idarə olunan avtomobil motosiklda olan iki erməni terrorçu tərəfindən atəşə tutulur. Bu zaman Öndər səfirlikdə çalışan həyat yoldaşı Sədiyyə Öndəri işə aparırdı, hücum nəticəsində İşık Öndər həlak olur. [mənbə göstərin]
13 avqust 1984 Fransa Fransa, Lion Lion dəmir yolu vağzalında partlayış baş verir. Partlayış nəticəsində vağzala kiçik ziyan dəyir. [mənbə göstərin]
Sentyabr 1984 İran İran, Tehran İranda çalışan bir neçə türk şirkəti ASALA-dan hədələyici məktublar alır, türk tikinti şirkətlərindən birinin ofisinə qumbara atılır, bir nəfər türk vətəndaşı yaralanır. [mənbə göstərin]
25 dekabr 1984 Livan Livan, Beyrut Beyrutda yerləşən və Fransaya məxsus iki bina partladılır. ASALA partlayışlara görə məsuliyyəti öz boynuna götürür. [mənbə göstərin]
3 yanvar 1985 Livan Livan, Beyrut "Frans Press" informasiya agentliyinin ofisində partlayış baş verir, partlayış nəticəsində binaya ciddi maddi ziyan dəyir. [mənbə göstərin]
3 yanvar 1985 Livan Livan, Beyrut Hərbi minaaxtaranlar dəstəsi "Fransız-Livan" bankının qirişində 6 funt partlayıcı maddə ilə təchiz olunmuş partladıcı qurğu aşkarlayaraq zərərsizləşdirir. [mənbə göstərin]
17 mart 1986 Fransa Fransa, Lion Liondan Parisə qedən qatarda partlayış baş verir, partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür. [mənbə göstərin]
20 yanvar 1987 Yunanıstan Yunanıstan, Afina ASALA-nın 12 illik yubileyi ilə əlagədar, ASALA-nın Afinada yerləşən qərargahından "erməni xalqına" müraciət yaymışdır. Bu müraciətdə terrorçular "erməni xalqının düşmənlərini" sadalayır bunlar "Türk faşist dövləti və onu dəstəkləyən beynəlxalq imperialist və sionist güvvələrdir.

ASALA-nın müraciəti yunan mətbuatında geniş işiqlandırılır.

[mənbə göstərin]
11 fevral 1987 Livan Livan, Beyrut Beyrutda ASALA-nın yaydığı məlumatda təşkilat 1986-cı ildə Parisdə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürür.

Terrorçular Fransaya müraciətində bunları deyir: "Fransa hökuməti erməni və ərəb vətənpərvərlərini azadlığa buraxmaq üçün ciddi və təxirəsalınmaz tədbirlər görməliddir". ASALA-nın ddigər tələbi terrorçu Varujan Karapetyanın azadlığa buraxılması idi.

[mənbə göstərin]
oktyabr 1987 Livan Livan, Beyrut Fransanın Livandakı səfirliyinə hücum təşkil olunur. [mənbə göstərin]
dekabr 1991 Macarıstan Macarıstan, Budapeşt Türkiyənin Macarıstandakı səfirinə hücum edilir. [mənbə göstərin]
  1. 1 2 Gunter M. Contemparary Armenian Тerrorisм. Теrorism: An international journal, vol.8, N 3, 1986, р.24.
  2. Corsun, Andrew, Armenian Terrorism: A Profile, U.S. Department of State Bulletin, No. 82, (Washington, D.C., August 1982), pp.31–35.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "Erməni terror təşkilatları". mfa.gov.az. mfa.gov.az. 2019-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2019.
  4. Francis P. Hyland. Armenian terrorism: the past, the present, the prospects. Westview Press, 1991. ISBN 0-8133-8124-X, 9780813381244, p. 77
  5. "ARMENIAN ATROCITIES AND TERRORISM" (PDF). səh. 79. 2015-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2019.
  6. Michael M. Gunter, "Pursuing the Just Cause of Their People": A Study of Contemporary Armenian Terrorism (New York: Greenwood Press, 1986).