Fələqqə

Vikipediya saytından
A.Aida88 (müzakirə | töhfələr) (→‎Tarixi: orfoqrafik düzəliş) tərəfindən edilmiş 13:27, 4 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Fələqqə (fars. فلک‎, türk. falaka) — Orta əsrlər Şərqində cəza vasitəsi. Günahkarlar fələqqəyə salınır qamçılanırdı. Cəza XX əsrin əvvəllərinə kimi İrandaTürkiyədə, həmçinin, bir çox Orta Asiya və ərəb ölkələrində tətbiq edilirdi. Bu cəza növü həmin dövrdə Azərbaycanın dini məktəblərində də geniş istifadə olunurdu. Cəza zamanı insanın ayaqları taxtaya bağlanaraq qamçı və ya çubuqla döyülərdi.

Bakı şəhərində yerləşən tatar (Azərbaycan) məktəbində şagirdlərin cəzalandırılması. (Bakı, 1896)

Fələqqə sözü ərəb sözü olan falak, filak — "yandırmaq", "kiçik hissələrə ayırmaq" sözlərindən yaranmışdır.

Fələqqə cəzası

Fələqqə müasir dövrdə də bir sıra ölkələrdə tətbiq edilməkdədir. Məsələn, İraqda Səddam Hüseynin oğlu Udey Hüseyn fələqqə ilə cəza verməyi xoşlayırdı və özü şəxsən cəza verirdi.[1].

Tarixi

Fələqqə vasitəsilə cəza ilk dəfə ərəblər arasında X əsrdə yaranmışdır. İrana monqollar tərəfindən XIV əsrdə gəlmişdir. Avropalılar ilk dəfə bu cəza növü ilə XVI əsrdə tanış olublar.[2].

İstinadlar

  1. "As Iraq's top Olympic official, Uday Hussein is accused of - 03.24.03 - SI Vault". 2013-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-14.
  2. Darius Rejali, Torture and Democracy Arxivləşdirilib 2022-01-12 at the Wayback Machine, Princeton University Press, 2009.