Qreta Tunberq

Vikipediya saytından
Parishan (müzakirə | töhfələr) tərəfindən edilmiş 02:09, 14 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qreta Tunberq
isv. Greta Tintin Eleonora Ernman Thunberg
Doğum tarixi 3 yanvar 2003(2003-01-03)[1][2][…] (21 yaş)
Doğum yeri
Atası Svante Tunberq[d][5]
Anası Malena Ernman[6][7]
Fəaliyyəti ətraf mühit fəalı
Fəaliyyət illəri 202018-ci ildən
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qreta Tunberq (isv. Greta Thunberg; 3 yanvar 2003[1][2][…], Stokholm[3][4]) — İsveç iqlim fəalı.[8][9] Təbiət mühafizəçisi 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

Qreta Tintin Eleonora Ernman Tunberq 2003-cü ildə İsveçdə doğulub. Onun anası opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir. Aktivistin babası da sənət adamıdır, Olof Tunberq aktyor və rejissordur.[10]

İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi "İqlim üçün məktəb tətili"dir.[10] Qreta Tunberq 2018-ci ildə cümə günləri məktəbə getməyəcəyini bəyan etməklə dünyada məşhurlaşıb. Bu yolla o, iqlim dəyişikliyi və ekologiya problemlərinə diqqət çəkmək istəyib. Sayılı aylar ərzində ona dəstək hərəkatı qlobal miqyas alıb.[11]

Qreta Tunberqə Asperqer sindromu (autizmin yüngül formalarından biri) diaqnozu qoyulub. Bu diaqnozlu insanlar ünsiyyət problemi yaşayırlar, amma rasional təfəkkürə, analitik zəkaya malik olur və çox vaxt elmdə böyük uğurlar qazanırlar.[11]

  1. 1 2 Lobbe A. À 15 ans, elle remet les dirigeants mondiaux à leur place! (fr.). 2018.
  2. 1 2 Greta Thunberg // Den Store Danske Encyklopædi (dan.). 1994.
  3. 1 2 Lobbe A. À 15 ans, elle remet les dirigeants mondiaux à leur place!. 2018.
  4. 1 2 Greta Thunberg // Munzinger Personen (alm.).
  5. Greta Thunberg.
  6. Gretas hälsa blev starten för Ernmans klimatkamp (швед.). Stockholm: 2018. ISSN 1101-2412
  7. Dagens Nyheter (швед.). Sverige: 2018. 282800 nüs. ISSN 1101-2447
  8. Nava, Alessandra. "WMN role models: Greta Thunberg". Acrimònia. 18 March 2019. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2019.
  9. Lindgren, Emma. "Greta Thunberg Wins German Award". Inside Scandinavian Business. 2 April 2019. 28 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 April 2019.
  10. 1 2 "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  11. 1 2 https://jam-news.net/16-yasli-qreta-tunberq-bmt-kursusundən-dunya-liderlərini-satqinliqda-gunahlandirib/?lang=az-AZ

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]