Qreta Tunberq (isv. Greta Thunberg; 3 yanvar 2003[1][2][…], Stokholm[3][4][…]) — İsveç iqlim fəalı.[9][10] Təbiət mühafizəçisi 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.
Qreta Tunberq | |
---|---|
isv. Greta Tintin Eleonora Ernman Thunberg | |
Doğum tarixi | 3 yanvar 2003[1][2][…] (21 yaş) |
Doğum yeri | |
Atası | Svante Tunberq[d][5][6] |
Anası | Malena Ernman[7][8][…] |
Fəaliyyəti | ətraf mühit fəalı |
Fəaliyyət illəri | 202018-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Qreta Tintin Eleonora Ernman Tunberq 2003-cü ildə İsveçdə doğulub. Onun anası opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir. Aktivistin babası da sənət adamıdır, Olof Tunberq aktyor və rejissordur.[11]
İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi "İqlim üçün məktəb tətili"dir.[11] Qreta Tunberq 2018-ci ildə cümə günləri məktəbə getməyəcəyini bəyan etməklə dünyada məşhurlaşıb. Bu yolla o, iqlim dəyişikliyi və ekologiya problemlərinə diqqət çəkmək istəyib. Sayılı aylar ərzində ona dəstək hərəkatı qlobal miqyas alıb.[12]
Qreta Tunberqə Asperqer sindromu (autizmin yüngül formalarından biri) diaqnozu qoyulub. Bu diaqnozlu insanlar ünsiyyət problemi yaşayırlar, amma rasional təfəkkürə, analitik zəkaya malik olur və çox vaxt elmdə böyük uğurlar qazanırlar.[12]