Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur.
Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.